Bizim şirkət Azərbaycan bazarında yaxşı tanınır!

Bizim şirkət Azərbaycan bazarında yaxşı tanınır!

23 oktyabr 2019 0000

Rüstəm Ağayev, “WILO SE” şirkətinin satış üzrə meneceri:

Almaniyanın “WILO” şirkəti beynəlxalq “Aquatherm Baku” sərgisində müntəzəm olaraq iştirak etməyə çalışır. Bizim şirkət Azərbaycan bazarında tanınır, lakin biz hesab edirik ki, “Aquatherm Baku” sərgisində iştirak müştəri bazasının genişlənməsinə müsbət təsir edir və digər profilli şirkətlərin yeni məhsulları haqqında məlumat verir. 1987-ci ildə təsis edilmiş “WILO SE” şirkətinin dünyanın altmış ölkəsindəki nümayəndəliyi ilə yanaşı 2006-cı ildən etibarən Bakıda da ofisi fəaliyyət göstərir.

Şirkət sənaye və yaşayış binalarının su təchizatı, istilik, havalandırma, kondisionerləşdirmə sistemləri üçün yüksək keyfiyyəti bütün dünyada qəbul edilmiş nasos avadanlıqlarının qlobal istehsalçısıdır. Biz Azərbaycanda avadanlıqların çatdırılması, satışı və servisi üzrə xidmətlər təklif edir, texniki treninqlər keçiririk.

Şirkətin azərbaycandakı müştəriləri arasında neft-qaz sektoru, sənaye ilə bağlı olan şirkətlər, eləcə də ev və mənzillərin təmizi sahəsində ixtisaslaşmış və Avropanın kompakt və effektli nasos və drenaj sistemlərinə üstünlük verən fərdi müştərilər yer alır.

 


Rəsmi mehmanxana

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN