Saidxon Azizov, “Artel” şirkətində İxracın inkişafı və xarici iqtisadi əlaqələr departamentinin baş meneceri:
“Artel” şirkəti “Uzeltexsanoat” səhmdar şirkətinin tərkibinə daxildir. Şirkət Özbəkistanda “sıfırdan maksimuma kimi” (“zero-max” sistemi) “Artel” markalı (məişət və sənaye təyinatlı) radiatorlar, kondisionerlər, “Royal” brendi altında su qızdırıcıları istehsal edir və bu məhsulların Azərbaycanda satılmasında maraqlıdır.
Biz yerli müştərilər ilə yanaşı, bu tədbirin digər iştirakçıları arasındakı potensial müştəriləri də cəlb edən “Aquatherm Baku” sərgisində böyük məmnuniyyətlə iştirak edirik. Biz əminik ki, bu sərgi uzunmüddətli münasibətlər üçün tərəfdaş tapmaqda və satişları artırmaqda bizə kömək edəcək. Biz artıq məhsulların furqonlarla Özbəkistandan Xəzər dənizinə və daha sonra bərələrlə Bakıya qədər daşımaq üçün loqistika prosesini işləyib hazırlamışıq. Belə məhsulların təchizatına görə Özbəkistanla Azərbaycan arasında gömrük rüsumu nəzərdə tutulmayıb və bu da yerli bazarın qiymətlərinə müsbət təsir göstərəcək.
Bizim “Artel” məhsullarına olan tələbat artıq Bakının bir sıra ticarət mərkəzlərində sınaqdan çıxıb, onlar rəqabət qabiliyyətlidir və mən əminəm ki, bu məhsullarımız ildən-ilə daha yaxşı satılacaq. Həmçinin “Shivaki”, “Samsung”, İtaliyanın “Gloria” və Çinin “Midea” brendlərinin məişət texnikalarını, yəni istənilən zövq və büdcəyə uyğun məhsulların satışını həyata keçiririk.