Nərminə Cəfərova, “Cahan Senaye Kompleksi” (Azərbaycan) şirkətinin Marketinq şöbəsinin nümayəndəsi
“Cahan Senaye Kompleksi” (Azərbaycan) 22 şirkəti özündə birləşdirən və təxminən 30 ildir ki, uğurla fəaliyyət göstərən nəhəng “Cahan” holdinqinin tərkibinə daxildir. Şirkət müntəzəm olaraq “Aquatherm Baku” sərgisində iştirak edir və bu il öz stendində Naxçıvanda yerləşən müəssisəmizin plastik boru, fittinq, radiator və digər məhsullarını təqdim edir.
Müasir ekoloji standartlara cavab verən məhsullarımıza yerli inşaat şirkətləri ilə yanaşı, həm də Gürcüstan, Dağıstan və digər qonşu ölkələrin şirkətləri tərəfindən də tələbat duyulur. Biz bu sərgidə istənilən növ isti və soyuq su üçün polipropilen boru və fittinqlərə dair “Magna” brendini təqdim edirik.
Biz istehsalatda məhsulu keyfiyyətli və qiymət baxımından rəqabət qabiliyyətli edən yeni türk və alman texnologiyalarına əsaslanırıq. “Aquatherm Baku” sərgisində isə biz yeni müştərilər tapmaq istəyirik və regionun inşaat şirkətləri ilə bir sıra görüşlər təyin etmişik. Düşünürük ki, bu sərgi fəaliyyətimizin genişləndirilməsinə real fayda verəcək.