Bir çox şirkətin nümayəndələri ilə perspektivli görüşlər və tanışlıqlar

Bir çox şirkətin nümayəndələri ilə perspektivli görüşlər və tanışlıqlar

21 oktyabr 2022 0000

Yasin Mustafayev, “GEOİD MMC”-nin direktoru

Biz topoqrafiya və kartoqrafiya işləri ilə məşğul oluruq. Hər hansı bir tikinti başlanmazdan əvvəl, topoqrafik işlər aparılır. Eyni zamanda, gələcək binanın layihələndirilməsi də həyata keçirilir.

Əlbəttə ki, binanın yeri, onun yerləşdirilməsinin səviyyəsi və təhlükəsiz zonanın təmin edilməsi üçün topoqrafiya böyük əhəmiyyət kəsb edir.

Sərgi minlərlə ziyarətçidə, o cümlədən bizdə böyük maraq oyatdı. İnsanlar mütəxəssislərin öz istehsalatlarında tətbiq etməyə çalışdıqları texniki yeniliklərlə maraqlanır. Biz əsasən yolların, binaların və körpülərin tikintisi ilə məşğul oluruq, ona görə də üzlük lövhələr, keramik kafellər və borular bizim diqqətimizi cəlb etdi.

“AquaTherm” sərgisində mən müxtəlif avadanlıqlar və məişət cihazlarını, ventilyasiya sistemlərini, eləcə də su təmizləmə, istilik sistemləri üçün filtrləri və s. sərgiləyən bir çox şirkətin nümayəndələri ilə görüşdüm.

 Bizim şirkət də bu sərgidə iştirak etmək istərdi. Yaxşı bir ifadə var: “Reklam ticarətin hərəkətverici qüvvəsidir”. Əminəm ki, belə irimiqyaslı sərgilər mükəmməl ticarət vasitəsi kimi xidmət göstərir və şirkətlərin inkişafına töhfə verir. “AquaTherm” sərgisində iştirak edən hər kəs özü üçün potensial müştərilər tapmaq imkanına malik olur.

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN