“BakuBuild Azerbaijan” və “Aquatherm Baku” sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi

“BakuBuild Azerbaijan” və “Aquatherm Baku” sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi

22 oktyabr 2018 0000

22 oktyabr 2018-ci il tarixində, saat 11:00-da “Hyatt Regency” mehmanxanasında, 24-cü Azərbaycan Beynəlxalq İnşaat və 11-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu sərgilərinin mətbuat konfransı keçirildi. Mətbuat konfransında Edvard Stron – “İteca Caspian” şirkətinin baş direktoru, Maya Qafarlı – “BakuBuild Azerbaijan” sərgisinin meneceri və Rəşad Qədimov – “Aquatherm Baku” sərgisinin meneceri çıxış ediblər.

Mətbuat konfransı zamanı KİV nümayəndələrinə sərgi ilə bağlı, həmçinin xarici iştirakçıların sərgidə hansı yenilikləri təqdim etdiyi və bu sahə ilə bağlı ölkə üçün yeniliklər haqqında ətraflı məlumat təqdim olunmuşdu. Mətbuat konfransında 20-dən artıq KİV nümayəndələri iştirak etmişdi, onların arasında AzTv, Azertag, CBC, ITV, Interfax, Sputnik, Report, TREND, Asan Radio, WorldEconomics və s.


Baş sponsor

Rəsmi bank

Rəsmi mehmanxana

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN