LiNear firması, bir Alman proqram firması olub, 1993-cü ildən bəri mexaniki təchizatın bütün bölmələri üçün həm layihə, həm də layihə ilə bağlı hesablama proqramları istehsal edən və Avropada bu sahəyə istiqamət verən bir firmadır. Sadəcə Almaniyada 24 minə yaxın istifadəçisi olan proqramlarımızla, yeddi fərqli dildə(İngiliscə, Hollandca, İtalyanca, Almanca, Fransızca, Türkcə və Sinip Normalarına görə Rusca) həm istifadə həm də çap alma imkanına sahib olduğundan bütün Avropa ölkələrində və əsasən Rehau, Viessmann, Viega kimi sənaye şəriklərimiz ilə birlikdə Rusiyada da istifadə edilməkdədir.
LiNear firması sahələrində mütəxəssis və dünyada tanınmış 63 böyük Alman firması ilə Sənaye ortaqlığına sahib olub(Aquaterm, Buderus, Emco, Trox, Geberit, Erico, Honeywell, Kermi, Oventrop, Rehau, Uponor, Viega, Viessmann və b) bu firmalar tərəfindən sifariş edilib və yoxlanıldıqdan sonra təsdiqlənmiş, iki və üç ölçülü avadanlıqların kitabxanaları proqramlarımızın içində yer almaqdadır. Bu avadanlıqları əl ilə çəkmədən birbaşa lahihəyə əlavə edə bilərsiniz. Əlavə olaraq 2500-dən artıq hesablana bilən simvolu təmsil edən simvol kitabxanamız da layihələndirmə zamanı ən böyük köməkçinizdir.
Daha çox məlumat almaq üçün xahiş edirik İnternet səhifəmizə baxın www.linear.eu , və ya mail yolu ilə bizimlə əlaqə yaradın. [email protected]