Azərbaycanda istənilən memarlıq layihəsi həyata keçirilə bilər!

Azərbaycanda istənilən memarlıq layihəsi həyata keçirilə bilər!

22 oktyabr 2021 0000

Zəmanət Hüseynli, “Zamanetli Construction” şirkətinin direktoru

İnşaat şirkətinin rəhbəri kimi “Aquatherm Baku” sərgisi bazarı öyrənmək və sektorun yenilikləri və xidmətləri ilə tanış olmaq imkanı yaratdığı üçün məni cəlb edib. Sərgi göstərdi ki, Azərbaycanda istənilən memarlıq layihəsinin həyata keçirilməsi üçün lazım olan hər şey var.

Sərgidəki bütün istiqamətlərlə maraqlandım, ancaq növbəti layihəmiz su təchizatı, istilik və kondisionerləşdirilmə sistemlərinin quraşdırılması səviyyəsində olduğu üçün danışıqlarım əsasən bu sahədə çalışan şirkətlərin nümayəndələri ilə oldu. Axtardığım hər şeyi tapdım. Şadam ki, bütün bu məhsulların istehsalı Azərbaycanda təşkil olunur.

Qarabağın bərpası ilə bağlı sərginin keçirilməsi də mənə çox təsir etdi. Burada təqdim olunan layihələr miqyasına görə təsiredicidir. Bütün Azərbaycan xalqı kimi biz də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən istənilən inşaat və digər layihələrdə iştirak etməyə hazırıq.

 


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN