Azərbaycanda bizim üçün çox önəmli bir regiondur
21 oktyabr 2024
0000
Anna Koçergina
İxrac satışları meneceri
Georg Fischer Hakan Plastik, Türkiyə
Bizim şirkət, 1802-ci ildə İsveçrədə qurulmuş ənənəvi Avropa brendi GF-nin nümayəndəsidir. 1965-ci ildə qurulan "Hakan Plastik" Türkiyədə fəaliyyət göstərir. Türkiyə şirkətinin yüksək qiymətləndirilmiş potensialı sayəsində bu iki şirkət birləşdi və hal-hazırda biz PVC, PP və PE plastik borularının istehsalı ilə məşğul olan bölmələrdən biriyik. Stendimizdə Aquasystem təmiz su təchizatı sistemləri və Silenta FR, Silenta 3A və Silenta Premium kimi səs udma boruları təqdim olunur. Bu borular binalarda səs-küyün azaldılmasına və sakinlərin rahatlığının artırılmasına kömək edir.
Azərbaycanda bizim üçün çox önəmli bir regiondur, buna görə burada şəxsən iştirak etmək bizim üçün vacibdir. Azərbaycan və Türkiyə cəmiyyətləri arasında hər səviyyədə sıx əlaqələr mövcuddur və bunları hər sahədə inkişaf etdirmək lazımdır, o cümlədən bizim sahədə də. Aquatherm Azərbaycan sərgisi belə əlaqələr üçün yaxşı bir vasitədir.