Andrey Vaytovksi, "İzodom" şirkətinin meneceri (Polşa)
Mən Polşanın “Izodom” şirkətinin nümayəndəsiyəm. Şirkətimiz evi çox isti edən, isitmə və soyutma xərclərinə qənaət etməyə imkan verən köpük qəlib istehsal edir. Texnologiyamızı tanıtmaq və təbliğ etmək, habelə başqalarının təkliflərini görmək məqsədi ilə bu tədbirə gəlmişəm.
On beş ildir ki, Azərbaycan şirkətləri ilə əməkdaşlıq edirəm. Ancaq tərəfdaşlıq sərhədlərini genişləndirmək istərdim. Bir sıra şirkətlərin nümayəndələri ilə söhbət etmişəm. İki yeni şirkət məndə xüsusi maraq oyatdı. Onlarla ətraflı müzakirələr apardım və gələcək əməkdaşlığa ümid edirəm. Qarabağda qəsəbə tikintisinin inkişafı üçün qrant almış iki böyük inşaat qrupunun sərgidə iştirak etməsindən məmnunam. Bu araşdıracağımız böyük bir bazardır. Ümidvaram ki, Qarabağın dirçəlişi əsnasında bizim texnologiyaya tələbat olacaq.