Azərbaycan bazarı üçün yeni təkliflər

Azərbaycan bazarı üçün yeni təkliflər

25 oktyabr 2018 0000

Pier-Jil Vassort (Pierre-Gilles Vassort), “Siccom” (Fransa) şirkətinin satış üzrə meneceri

– “Siccom” şirkəti ilk dəfə olaraq Azərbaycanda öz əsas məhsulunu – məişət və sənaye kondisionerləri üçün nəzərdə tutulmuş kondensatı kənarlaşdırma nasoslarını təqdim edir. Bizə məlum olduğu qədər, bu məhsul hələ Azərbaycan bazarında yoxdur və buna görə də mən hesab edirəm ki, bizim məhsula böyük tələbat olacaq. Azərbaycanda xeyli sayda yeni obyektlər tikilir, burada kondensat isə adətən cazibə qüvvəsi ilə kənarlaşdırılır. Lakin belə imkan həmişə olmur və bu kimi hallarda kondensat kənarlaşdırma nasosları köməyə gəlir. Drenaj pompaları hətta kondensatın çıxış yeri daxili blokdan yüksəklikdə olduqda belə nəmi istənilən nöqtədən uzaq məsafələrə daşımağa imkan verir. Nasosların tətbiq spektri olduqca genişdir. Bizim pompalar istənilən növ kondisioner, soyuducu vitrin, eləcə də istilik sektoru üçün uyğundur. Şirkət dünyada kondensatın kənarlaşdırılması üzrə nasos istehsal edən ikinci şirkətdir.

Sərgidə iştirak etməkdə əsas məqsədimiz məhsullarımızın Azərbaycan ərazisində satışını təşkil edəcək dilerl və ditribyutorlar axtarmaqdır.

Sərgi müxtəlif mədəniyyətlərin bir araya gəldiyi möhtəşəm, beynəlxalq, özünəməxsus məkandır. Biz artıq bir sıra maraqlı tanışlıqlar qurmuşuq və bu tədbiri çox bəyəndik!


Baş sponsor

Rəsmi bank

Rəsmi mehmanxana

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN