“Aquatherm” sərgisinin monitorinqi: maraqlı məlumatlar!

 “Aquatherm” sərgisinin monitorinqi: maraqlı məlumatlar!

25 oktyabr 2019 0000

Oleq Şatrovskiy, “Terrastruc” şirkətinin direktoru                

- Təmsil etdiyim şirkət Bakının sahil zonasında lüks kateqoriyalı mənzil-otellərin tikintisi ilə məşğuldur. “Aquatherm” sərgisinə məni peşəkar maraq gətirib. Məni tikilən otellərin yüksək keyfiyyətli avadanlıqlar ilə təchiz edilməsi maraqlandırırdı və həmin avadanlıqlar burada sərgilənir. Əvvəla, bu, daxili abadlıq avadanlıqları - santexnika, su təchizatı sistemləri, su klapanları, istilik və soyutma sistemləri, havalandırma və avtomatlaşdırma sistemləri, eləcə də yanğın və təhlükəsizlik siqnalları və yanğınsöndürmə sistemləridir.

Deyə bilərəm ki, sərgidə məni maraqlandıran bütün məhsul və avadanlıqları görə bildim. Düşünürəm ki, sərginin əhəmiyyəti bir məkanda həm tikinti, həm də daxili abadlıq üçün lazım olan bütün malların mövcud olmasındadır. İndi isə topladığım məlumatları təhlil etmək və müvafiq addımlar atmaq lazımdır. 

 


Baş sponsor

Rəsmi bank

Rəsmi mehmanxana

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN