“Aquatherm Baku” sərgisində müntəzəm iştirakın faydası

“Aquatherm Baku” sərgisində müntəzəm iştirakın faydası

23 oktyabr 2019 0000

Hüseyn Budağov, “NewCond” ticarət şirkətinin nümayəndəsi

Şirkət məişət və sənaye kondisionerləri, “Multi” havalandırma sistemləri (məkan daxili və xarici) və “VRF” hava təmizləyici cihazlarının satışını həyata keçirir. Məhsullar istənilən alıcı üçün nəzərdə tutulub, çeşid genişdir və daim yenilənir.

“NewCond” şirkəti 1997-ci ildən etibarən “Mitsubishi Electric” şirkətinin Bakıdakı rəsmi təmsilçisidir. Şirkət daha sonra Çinin “Aux” şirkətinin də rəsmi distribyutoru olub, yəni bu şirkətlər tərəfindən istehsal edilən müxtəlif kondisioner növlərinin satışı və servisi sahəsində ixtisaslaşıb.

“Aquatherm Baku” sərgisində müntəzəm iştirak satılan məhsulların yeni alıcılarını tapmaqda bizə kömək edir. Biz diler şəbəkəsini genişləndiririk və sərgi bu məsələnin həllinə böyük töhfə verir. Bizim komanda tez-tez xaricdə təlimlər keçir, bütün yeniliklərdən xəbərdardır və istənilən çətinlik səviyyəsində texnika ilə işləyə bilir. Buna görə də biz ixtisaslaşmış sərgilər çərçivəsində peşəkarlar ilə ünsiyyəti ikiqat dəyərləndiririk!


Baş sponsor

Rəsmi bank

Rəsmi mehmanxana

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN