“Aquatherm Baku” sərgisi distribyutorları tapmaqda kömək edəcək!

“Aquatherm Baku” sərgisi distribyutorları tapmaqda kömək edəcək!

20 oktyabr 2017 0000

Nadejda Nikolaeva, Weflo Valve (Çin) şirkətinin regional meneceri

– “Weflo Valve” şirkəti HVAC və VC sistemləri üçün boru kəmərləri armaturlarının, sənaye istehsalı armaturlarının və yanğınsöndürmə armaturlarının dizaynı və istehsalı sahəsində ixtisaslaşmışdır. Biz bu sahədə ən böyük diametrlərimiz və ən yüksək təzyiqlərimiz, eləcə də təzyiq və qaz üçün ən yüksək test qabiliyyətlərinə malik unikal laboratoriyamız vardır. 

Şirkətimiz bir çox dünya sertifikatlarına malikdir və beş böyük təchizatçı şirkətdən biridir. Məşhur obyektlər, məsələn: Nyu-York su kanalı, Dubaydakı Bürc Xəlifə Qülləsi və dünyanın bir çox digər binaları bizim məhsullarımızla təchiz olunmuşdur. Bir çox ölkələrdə şirkətimizin rəsmi nümayəndələri vardır. Biz distribyutorlar tapmaq üçün  “Aquatherm Baku” sərgisində iştirak etmək qərarına gəldik, çünki Azərbaycan neft və qaz sahəsində aparıcı ölkədir.

Stenddə biz yanğın avtomatikası üzrə yeni məhsulları, su kanalları üçün məhsulları, filtrləri, klapanları, sistemlərdə təzyiq tənzimləyicilərini təqdim edirik. Bizə maraqlıdır ki, hansı istiqamətdə - yanğınsöndürmə və ya su avadanlıqları sahəsində inkişaf etmək daha yaxşı olar. Sərginin ilk günündə tikinti-montaj təşkilatlarının nümayəndələri bizim məhsullarımıza maraq göstərdilər və biz Bakıda biznes tərəfdaşlarımızın çevrəsini genişləndirməyə ümid edirik.


Baş sponsor

Rəsmi bank

Rəsmi mehmanxana

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN