19-22 oktyabr tarixində Bakı Ekspo Mərkəzində 9-cu Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su Təchizatı, Sanitariya, Ətraf mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji “Aquatherm Baku 2016” sərgisi keçiriləcək. Bu illər ərzində sərgi özünü istilik, havalandırma və havanın kondisiyalaşdırması (“HVAC”) üzrə peşəkarların görüşü, yeni tərəfdaş axtarışı və sərfəli müqavilələrin bağlanması, eləcə də həm Xəzər, həm də Qafqaz regionlarının bazarlarında biznesin inkişaf etdirilməsi üçün mükəmməl platforma kimi doğruldub.
“Aquatherm Baku 2016” sərgisi Azərbaycan, Almaniya, İtaliya, Çin, Rusiya və Finlandiyanı təmsil edən 60 şirkəti bir arada toplayıb. Türkiyədən olan şirkətlər isə sərgidə geniş tərkibdə iştirak edirlər. Sərgidə “EGIC” (Misir) və “AKFA Group of Companies” (Özbəkistan) şirkətləri sərgidə birinci dəfə iştirak edirlər. Hal-hazırda sərgi iştirakçılarının siyahısında “Aquart” (Azərbaycan), “Euroclima” (Azərbaycan), “Sauna İnşaat” (Azərbaycan-Finlandiya), “Yusiko” (Azərbaycan), “ASPIPE” (Azərbaycan), “BestTechniK” (Azərbaycan), “BSS Group” (Azərbaycan), “Sablayn Servis” (Rusiya), “Azərtexnolayn” (Azərbaycan), “CEWAL S.P.A.” (İtaliya), “Alarko” (Türkiyə), “Turan Makina” (Türkiyə), “Yongkang Huandi Kitchenware Co., Ltd.” (Çin), “Polymart” (Azərbaycan), “Eleks” (Türkiyə) və s. şirkətlər var. Sərgidə “Arcelik”, “Bosch”, “Harvia”, “Immergas”, Rehau, “Mitsubishi”, “E.C.A.”, “Trox”, “Unipump”, “VENT”, “WATT Insulation” və “SPK” kimi brendlər iştirak edir. Sərginin fərqləndirici cəhəti iştirakçıların ümumi sayının 40%-ni təşkil edən yerli istehsalçıların fəal iştirakıdır, belə ki, “BestTechniK”, “Azboru”, “Azertexnolayn”, “Lenkaran Mexanikleshtirme”, “Croplast”, “Yusiko” və digər şirkətlər yerli istehsalda əldə edilmiş nailiyyətləri nümayiş etdirirlər.
“Aquatherm Baku 2016” sərgisində ventilyasiya və kanalizasiya sistemləri, hidrantlar, boru armaturları, kombi / istilik sistemləri, borular, fitinqlər, radiatorlar, suqızdırıcı qazanlar, nasoslar, nasos stansiyaları, su qızdırıcıları, eləcə də polietilen (PE), polipropilenin törəmə polimeri (PPPRC) və polivinilxlorid (PVX) məmulatlar üçün qaynaq avadanlığı, qızdırıcı qazanlar və bir çox digər məhsul təqdim olunur.
Ənənəvi olaraq, sərgidə bu sahənin yenilikləri də nümayiş etdiriləcək. İnnovativ məhsullar arasında həm yuxarı, həm də aşağı hissədən su qəbul edən və yüksək keyfiyyətli materialdan hazırlanmış “Bavlenets” sualtı vibrasiya nasosları, habelə istənilən model məişət nasoslarının idarə və mühafizəsi üçün unikal avtomatika blokları (“Sablayn Servis” şirkəti, Rusiya), istənilən dildə işarə qrafikalı displeydən rahatlıqla istifadə etməyə imkan verən yeni “Enjoy” markalı divar termostatları (“Cewal S.P.A.” şirkəti, İtaliya) və binaların mühəndislik sistemlərinin layihələndirilməsi sahəsində tətbiq olunan qabaqcıl proqram təminatlarını (“LiNear GmbH” şirkəti); “Ecodense” kondensasiya qazanları (“Ecostar Burners” şirkəti), çoxmərtəbəli binalar, magistral boru xətləri, xüsusi təyinatlı obyektlərin sanitar-texniki sistemlərində quraşdırılmaq üçün nəzərdə tutulmuş çox möhkəm “Strong” diyircəkli kranları “Profactor Armaturen Gmbh” şirkəti), eləcə də istilik sistemlərini, habelə elektrik və işıq avadanlıqlarını simsiz idarəetmə sistemləri (“Watts Industries Deutschland Gmbh” şirkəti) yer alır.
SƏRGİNİ MÜŞAYİƏT EDƏN TƏDBİRLƏR
20 oktyabr tarixində “Fairmont Baku” otelində çoxsahəli Azərbaycan-Dubay biznes-forumu keçiriləcək. Bu foruma “Xəzər İnşaat Həftəsi 2016” tədbirinin iştirakçıları da qatılacaq.
20 oktyabr tarixində “Aquatherm Baku-2016” sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində (otaq №19) “İstilik, havalandırma, su və kanalizasiya sistemlərinin “liNear” şirkəti ilə birlikdə layihələndirilməsi: eskiz və hesablamalar - peşəkarlar üçün yeni imkanlar” mövzusuna həsr olunmuş seminar-təqdimat keçiriləcək. Arzu edən hər bir kəs bu seminarda iştirak edə bilər.
DƏSTƏK
“BakuBuild” sərgisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Memarlıq Komitəsi tərəfindən dəstəklənir. BakuBuild, Aquatherm Baku, Securika CIPS isə, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, habelə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən dəstəklənir. 2016-cı ildə Iteca Caspian şirkətinin rəsmi tərəfdaşları qismində “SafeLife” (təhlükəsizlik üzrə rəsmi tərəfdaş) və “Premier Tour” (rəsmi turoperator) şirkətləri, “Sheraton Hotel” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), eləcə də “AzExpoMontage” (rəsmi montajçı) şirkəti çıxış edirlər.
TƏŞKILATÇILAR
Sərgilərin təşkilatçıları qismində “Iteca Caspian” və onun tərəfdaşı Böyük Britaniyanın “ITE Group” şirkəti çıxış edir. Sərginin uğuru “ITE Group” şirkətinin beynəlxalq şirkətləri Azərbaycan sərgisində iştiraka fəal surətdə cəlb edən tərəfdaşlar şəbəkəsinin kollektiv fəaliyyəti nəticəsində təmin olunur. Onların arasında “ITE London”, “EUF” (Türkiyə), “GIMA” (Almaniya), “ITE Gulf” (BƏƏ), “Invernizzi Group” (İtaliya), “ITE China” (Çin) və “ITE Poland” (Polşa) şirkətləri var.
Sərginin “Daily News” adlı rəsmi qəzeti tədbir ilə eyni vaxtda dərc olunacaq və burada sərgi iştirakçıları barədə məlumatlar, eləcə də sərgi çərçivəsində baş verən hadisələr əks etdiriləcəkdir. “Xəzər İnşaat Həftəsi”nin ən son xəbərləri sərgilərin veb-saytlarında və sosial şəbəkələrdəki rəsmi səhifələrdə operativ surətdə yerləşdiriləcək.
Artıq bizim sərgilərdə xüsusi uşaq guşəsi fəaliyyət göstərir. Bu isə o deməkdir ki, siz sərgiyə uşaqlarla gəldiyiniz zaman, onları bizim peşəkarlara etibar edə bilərsiniz. Siz sərgi iştirakçıları ilə görüşlər keçirərkən, həmin peşəkar şəxslər uşaqlarınızı faydalı və maraqlı əyləncə növləri ilə məşğul edəcəklər. Bu xidməti sizə tərəfdaşımız - “Ağıl və Bilgi” şirkəti təklif edir. Öz işinin peşəkarları olan bu gənclər çoxdandıq ki, maraqlı və qeyri-adi layihələri, eləcə də əyləncəli ekskursiyaları ilə həm uşaqların, həm də onların valideynlərinin rəğbətini qazanıblar. Beləliklə, sərgilərin dörd günlük fəaliyyəti ərzində on minlərlə mütəxəssis inşaat sahəsinin innovativ texnologiyaları ilə tanış olaraq müqavilələr imzalaya və bu sahənin aparıcı istehsalçıları və distribyutorları ilə tərəfdaşlıq əlaqələri qura və bununla da, ən yeni texnologiyaları ölkənin sürətlə inkişaf edən inşaat sahəsində tətbiq edə biləcəklər. “Xəzər İnşaat Həftəsi” 22 oktyabr tarixində öz işini başa vuracaq. Ziyarətçilərin rahatlığı üçün metronun “Koroğlu” stansiyasından Bakı Ekspo Mərkəzinə və geriyə xüsusi (pulsuz) avtobuslar təşkil olunacaq. #Aquathermbaku