Aquatherm Bakı sərgisinə uğurlar və genişlənmə arzulayırıq
21 oktyabr 2024
0000
Abil Alekberov, CLIMASERVICE BAKU-nun Baş mühəndisi
“Climaservice Baku” 2008-ci ildə məişət texnikasının təmir və xidməti sahəsində fəaliyyətə başlamışdır. Qısa müddət ərzində xidmət sahəmizi genişləndirərək yarı-sənaye və sənaye avadanlıqlarını da əlavə etdik.
“Climaservice Baku” layihələndirmə, satış və quraşdırma xidmətlərini aşağıdakı sahələrdə təklif edir: chillier-fankoyl soyutma sistemləri, qazanxana sistemləri, VRV (VRF) kondisioner sistemləri, havalandırma sistemləri, split kondisioner sistemləri, yanğınsöndürmə sistemləri, su təchizatı sistemləri, suyun təmizlənməsi sistemləri, UPS və digər enerji mənbələri, elektriklə işləyən isti döşəmə sistemləri, su əsaslı isti döşəmə sistemləri, soyuducular, dondurucular, anbərlər və s.
Bu gün sərgiyə yeni məlumatlar öyrənmək və işimizi təkmilləşdirmək məqsədilə qatılmışıq. Həmçinin burada layihələrin icrası üçün zəruri məlumatları əldə etmək mümkündür. Biz həm yerli, həm də xarici şirkətlərlə tanış olduq və gələcəkdə onlarla uzunmüddətli müqavilələr bağlamağı planlaşdırırıq.
Təşkilatçılara bu cür mühit yaratdıqları üçün təşəkkür edirik, bu mühit bizim sahədə inkişaf etməyimizə stimul verir.
Aquatherm Bakı sərgisində yaxın gələcəkdə əməkdaşlıq üçün bizə maraqlı olan sahələrdən biri istilik sistemlərinin istehsalı ilə bağlı şirkətlərdir. Burada təqdim olunan müasir texnologiyalar qısa müddət ərzində hər hansı bir problemi həll edə bilər. Belə ixtisaslaşmış sərgilərin əhəmiyyəti böyükdür. Ümid edirik ki, “Aquatherm Baku” daha da genişlənəcək və biznes üçün əhəmiyyətini daha da artıracaq.