AquaTech-dən cari təkliflər

AquaTech-dən cari təkliflər

19 oktyabr 2022 0000

Cavid Məmmədov, AquaTech-in baş mühəndisi

AquaTech şirkəti iyirmi ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərir və “Aquatherm Baku” sərgilərində dəfələrlə iştirak edib. Biz suyun təmizlənməsi ilə məşğul oluruq, suyu yumşaldan sistem quraşdırırıq. Mətbəx filtrlərinin təmizlənməsi üçün də qurğularımız var. Şirkət həmçinin filtrlərin satışı və quraşdırılması ilə məşğuldur. Stendimizdə mexaniki filtrlər, pambıq, ultrabənövşəyi, bakterial və karbon filtrlər təqdim olunur. Filtrlər arzuolunmaz qoxuları aradan qaldırır. Mineral filtr suyu yumşaldır. Eksponatlar arasında ev filtrləri üçün kvars qumu, duz və s. tərkibli- içliklər var. Biz əsas su təmizləyicisini Memran adlandırırıq. İki növ filtrimiz var: açıq və qapalı. Sərgidə yeni məhsullardan biri suyun yumşaldılmasına kömək edən elektron sistemdir. O, evlərdə, mənzillərdə yerləşdirilir, su ilə bağlı problemlərə nəzarət edir, kranlarda, duşlarda və mətbəxlərdə ərpin yaranmasının qarşısını alır. Təqdimatda siz bu sistem üçün iki idarəetmə lövhəsini görürsünüz: RUNHEN markalı mexaniki və elektron lövhələr. Elektron cihazlarla idarə olunan model daha müasir hesab olunur, müxtəlif dizayn formatlarında və yığcamlıq variantlarında istehsal olunur. Düşünürəm ki, “Aquatherm Baku” kimi sərgilər bir çox şirkət üçün çox vacibdir. Ətrafda yeni texnologiyalar və sənaye inkişafı haqqında tam xidməti məlumat əldə etməyə can atan kifayət qədər mütəxəssis var. Buna görə də biz sərginin ziyarətçilərini məhsullarımız haqqında ətraflı şəkildə məlumatlandırırıq.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN