Almaniyanın keyfiyyət standartları

Almaniyanın keyfiyyət standartları

21 oktyabr 2016 0000

Yaroslav Adamkeviç, “Profactor Armaturen GmbH” şirkətinin regional meneceri

– Biz ilk dəfədir ki, Azərbaycana gəlmişik və bu sərgidə “Profactor Armaturen GmbH” şirkətini təmsil edirik. Şirkət alman keyfiyyət standartlarına uyğun olaraq istehsal edilən və tamamilə rəqabətədavamlı mühəndis sanitar-texniki məhsulların hazırlanması, istehsalı və distribusiyası ilə məşğuldur. Biz Avropa bazarının tanınmış mühəndis sanitar-texniki məhsul istehsalçıları ilə bir sırada dayanırıq. Biz həmçinin bu sərgidə su təchizatı və istilik sisteminin kompleks montajı üçün istifadə olunan məhsulların geniş çeşidini təklif edirik.

Stendimizdə qaz xətti üçün yüksək davamlılığa malik kürəvarı klapanlar və mühüm obyektlərdə montaj üçün nəzərdə tutulmuş xüsusi məhsul qrupu təqdim edilir. Bizim məhsullar sizi heç vaxt məyus etməz! Bu, bizim məhsulu seçmək üçün mühüm xüsusiyyət və arqumentdir. Bundan başqa, məişət texnikası üçün fittinqlər qrupu, termostatik avadanlıqlar komplekti, isti döşəmə sistemləri, enerjiyə qənaət üzrə innovasiyalar və “Profactor” markalı kipləşdirici materiallar bu gün keyfiyyət etalonu sayılır. Stendimizdə həmçinin kondensatdan qorumanı təmin edən əlavə termoplastik örtüklü (paslanmayan) birləşdiricilər də təqdim edilir.

Bizim şirkət 2004-cü ildə bir sıra MDB ölkələrinin bazarına daxil olub. Biz artan satış həcmini təhlil etdikdən və regional bazarlarda bizim məhsullara olan marağı gördükdən sonra brendimizin coğrafiyasını genişləndirərək digər bazarlara da daxil olmaq qərarına gəldik. Buna görə də bu nəhəng inşaat sərgisi çərçivəsində Azərbaycanda marketinq araşdırmasına başlamışıq. Ziyarətçilər bizim məhsulları fəal şəkildə öyrənir və yaxından maraq göstərirlər. Biz bunda böyük potensial görürük. Biz brendimizi Azərbaycanda təmsil edəcək diler axtarırıq. Əvvəlki sərgilərdə iştirak nəticəsində topladığımız təcrübəyə əsasən deyə bilərik ki, müxtəlif ölçüdə əməkdaşlığa başlamaq üçün mütləq kimsə tapılacaq. 

 


Baş sponsor

Rəsmi bank

Rəsmi mehmanxana

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN