Orxan Atayev, “BSS Group” şirkətinin baş direktoru
– “BSS Group” şirkəti Azərbaycanda beynəlxalq standartlara uyğun olan elektromexaniki avadanlıqların, eləcə də istilik və soyutma sistemlərinin, su təchizatı və kanalizasiya sistemlərinin və ventilyasiya sistemlərinin ən iri təchizatçısıdır. Şirkətimiz həm də bütün məhsulların quraşdırılmasını və texniki xidmətini də həyata keçirir.
Sirr deyil ki, istənilən avadanlığın uğurlu quraşdırılmasını təmin etmək üçün işləri əvvəldən və düzgün planlaşdırmaq lazımdır. Biz Almaniyanın “LiNear” şirkəti ilə birlikdə sərgi ziyarətçilərinə əhəmiyyətli itkilərə yol vermədən elektromexanik avadanlığın istismarı üzrə bütün lazımı hesablamaları yerinə yetirməyə imkan verən proqram layihələri təklif edirik. Bu proqramlar 3 ölçülü (3D) formatda yaradılır, bütün müasir planlaşdırma üsullarına uyğun gəlir və sifarişçilərin və icraçıların bütün gələcək işlərin həcmini və bütün avadanlığın sonrakı istismarını maksimal dəqiqliklə planlaşdırmasına imkan yaradır.
Bizim tərəfimizdən Azərbaycanda ölkənin aparıcı inşaat şirkətləri olan “Pasha İnşaat”, “Gilan Holding” və s. ilə birlikdə iri layihələr həyata keçirilib. Biz yerli və xarici şirkətlərlə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıyıq və bizim bu sərgidəki debütümüz bu məsələlərin həllinə kömək edir.