7 ildən sonra yenidən Bakıda – DZ DRAZICE bazarın imkanlarını qiymətləndirir

7 ildən sonra yenidən Bakıda – DZ DRAZICE bazarın imkanlarını qiymətləndirir

16 oktyabr 2025 0000

David Benda, İxrac direktoru, DZ DRAZICE (Çexiya)
Mən və həmkarım istilik və santexnika avadanlıqları istehsal edən Çexiya şirkəti DZ DRAZICE-ni təmsil edirik və bu gün əsas marağımız Aquatherm sərgisinə yönəlib. Məqsədimiz burada hansı texnologiyaların istifadə olunduğunu, hansı yeniliklərin tətbiq edildiyini və keyfiyyət standartlarının səviyyəsini öyrənməkdir. Tarixi olaraq, şirkətimiz yalnız Qərbi Avropa bazarlarına deyil, həm də Şərq regionlarına istiqamətlənib. Bizim Baltikyanı ölkələrdə, Belarusda, Rusiyada, Qazaxıstanda, Gürcüstanda və Azərbaycanda müəyyən əlaqələrimiz var. Məhz buna görə bu regionlarla əməkdaşlıq imkanlarını genişləndirmək üçün buradayıq. Bu sərgini biz ilk dəfə 7 il əvvəl ziyarət etmişdik və bu il bazarın necə inkişaf etdiyini görmək üçün yenidən qayıtmışıq.
DZ DRAZICE şirkəti su qızdırıcıları, istilik nasosları və digər istilik avadanlıqları istehsal edir. Burada artıq bir neçə şirkətlə tanışıq və bu gün onlarla birbaşa görüşlər keçirdik.
Sərgi gözəl təsir bağışlayır – məkan rahat və genişdir, stendlər peşəkar və cəlbedici görünür. Burada olmaqdan həqiqətən məmnunam. Ümumiyyətlə, biznesin inkişafında sərgilər çox vacib rol oynayır. Hərçənd bu gün insanlar əsasən internet üzərindən məlumat axtarır və virtual əlaqələr qururlar, amma bizim üçün sərgilər hələ də insanlarla üz-üzə görüşmək üçün ən dəyərli məkandır. Məhz buna görə buradayıq.
 

Sponsorlar

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN