7-8 oktyabr tarixlərində Bakıda keçiriləcək 2-ci Azərbaycan Halal Biznes (AZHAB) Forumuna könüllülərin cəlb olunması üçün müraciətlərin qəbuluna başlanılıb. Forumda könüllü kimi iştirak etmək istəyən gənclər sentyabrın 15-dək müraciət etməlidir. Forumda iştirak etməklə könüllülər: - Beynəlxalq tədbirin təşkili və idarə olunmasında yaxından iştirak edəcək; - Komanda ilə işləmək və ünsiyyət bacarıqlarını inkişaf etdirəcək; - Peşəkar mühitdə real iş təcrübəsi qazanacaq; - Xarici qonaqlarla ünsiyyət qurmaqla yeni əlaqələr yaratmaq imkanı əldə edəcək; - Xüsusi təlimdə iştirak edəcək və sertifikatla təltif olunacaq.