Yeni texnologiyalar və gözlənilməz kəşflər – AquaTherm sərgisi ilə maraqlı təcrübə
16 oktyabr 2025
0000
Beyrak Alısoy, Direktor, Technopro
Mən AquaTherm sərgisinə əsasən hovuz ləvazimatları və aksessuarlarını görmək məqsədilə gəlmişəm. Sərgidə su boruları və fitinqlər geniş şəkildə təqdim olunur. Axtardığım bəzi aksessuarları hələ tapmamışam, amma sərgini gəzməyə davam edirəm. Düşünürəm ki, hovuzlarla bağlı ayrıca bir sərgi bölməsinin olması çox faydalı olardı.
Eyni zamanda stadionlar üçün süni ot örtükləri ilə də maraqlanıram və bu baxımdan sərgi mənim üçün çox səmərəli keçdi – axtardığım məhsulları tapdım. Həmçinin, sərgidə gözləmədiyim maraqlı məhsullarla da qarşılaşdım. Əgər öncədən bilsəydim, bəlkə də məhz onlar üçün də bu sərgiyə gəlməyi planlaşdırardım. Ümumilikdə sərgi mənim üçün gözlədiyimdən daha maraqlı və daha faydalı oldu.
Bəzi axtardığım məhsulları tapmasam da, onların əvəzində yeni, dəyərli alternativlər kəşf etdim. Mənim ixtisasım əslində elektronika və robotexnika sahəsindədir, və burada kənd təsərrüfatı üçün innovativ bir dron diqqətimi çəkdi – bu da mənim üçün çox maraqlı təcrübə oldu.
Əvvəlki illərdə keçirilən sərgiləri də müntəzəm ziyarət etmişəm. Şirkətimiz artıq 15 ildir fəaliyyət göstərir, və mən 8 ildir bu tip sərgilərə daimi olaraq gəlirəm.
Sərgilər, mənim fikrimcə, biznes üçün ən effektiv platformalardan biridir – həm istehsalçılar, həm də məhsul axtaran şirkətlər üçün faydalıdır. Eyni zamanda, adi ziyarətçilər üçün də maraqlı bir təcrübə təqdim edir.