Su qızdırıcı qazanlar, boylerlər, radiatorlar, klapanlar, borular…
19 oktyabr 2023
0000
Babək Baratov, A.E.S-TRADING şirkətinin satış meneceri
A.E.S-TRADING Azərbaycanda Giacomini, Fondital, General Fittings, Italtherm kimi tanınmış brendlərin aid olduğu bir çox Avropa şirkətlərini təmsil edir. Fəaliyyətimizə su qızdırıcı qazan, boyler, radiator, radiator klapanları, metal-plastik borular, santexnika avadanlıqlarının satışı daxildir. Məhsulların əsasən topdan satışını həyata keçiririk. Azərbaycan bazarı bizim məhsullarla tanışdır. Onlar Bakı ilə yanaşı, respublikanın bölgələrində də satılır.
A.E.S-TRADING beş ildən artıqdır ki,“İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu” Aquatherm Baku Beynəlxalq Sərgisinin iştirakçısıdır. Artıq ikinci ildir ki, pavilyonda eyni yeri icarəyə götürürük.
Biz hər dəfə stendimizi təqdim edərkən daimi müştərilərimizlə görüşəcəyimizə, həmçinin, qeyd dəftərimizə yeni müştəriləri də əlavə edəcəyimizə ümid edirik. Bundan əlavə, sərgi A.E.S-TRADING ilə istehlakçılar arasında “qızıl körpü” rolunu oynayır. Məsələn, öyrəndiyimiz kimi, “Qarabağ” şirkəti bizim mallarımızı vasitəçilərdən alır. Biz isə potensial müştərilərlə birbaşa əlaqə yaratmaq istəyirik.