Abil Ələkbərov, "Climaservice" şirkətinin mühəndisi
Mən istilik, havalandırma və kondisioner sistemləri sahəsində mütəxəssisəm. "AquaTherm" sərgisində məni məhz bu seqment maraqlandırırdı. Sərgi sayəsində əvvəllər tanımadığım avadanlıqlarla tanış ola bildim. Şirkətlərin nümayəndələri bütün sualları cavablandırırdı. Aldığım bütün məlumatlar gələcəkdə işimdə kömək edəcək.
Burada uzun müddətdir əməkdaşlıq etdiyimiz bir çox tanıdığımız şirkət var. Onlarda da bir çox yenilik və sürprizlərlə qarşılaşdıq. Çox sevindirici haldır ki, məni maraqlandıran idxal avadanlıqların analoqları artıq Azərbaycanda istehsal olunur. Bu məhsulların keyfiyyəti xarici məhsullardan heç də aşağı deyil, lakin qiymət, çatdırılma və xidmət baxımından dəfələrlə ucuzdur.
Sərgi inkişaf etməkdə olan yerli şirkətlərə yeni bazarlara çıxmağa kömək edir və fəaliyyətimizə də təsir göstərir. Yaxşı ki, "AquaTherm" sərgisi məhsulu canlı görmək, ona "toxunmaq", istehsalçı mütəxəssislərlə məsləhətləşmək, təcrübə mübadiləsi aparmaq və yeni əlaqələr qurmaq imkanı verir.