Sərgi qısa vaxt ərzində potensial tərəfdaşlar tapmağımıza köməklik etdi!

Sərgi qısa vaxt ərzində potensial tərəfdaşlar tapmağımıza köməklik etdi!

25 oktyabr 2019 0000

Vladislav Velikjanin, baş direktor, “Boru kəmərlərinin qaynaq edilməsi üzrə avtomatlaşdırılmış avadanlıqlar” (Rusiya)

Biz elektro-muftalı qaynaq aparatları istehsal edirik. Şirkət iyirmi ildən artıqdır ki, Rusiya bazarında aparıcı istehsalçıdır. Mən Bakıya ilk dəfə gəlmişəm. Sərginin təşkilati səviyyəsindən  çox razıyam.

“Aquaterm” sərgisini ziyarət etməkdə məqsədim enerji daşıyıcıları sənayesinin geniş yayıldığı Azərbaycanda tərəfdaş tapmaqdır. Zənnimcə, bununla əlaqədar olaraq belə cihazlara olan tələbat artır. Mən qısa vaxt ərzində potensial tərəfdaşlar tapmağa və əlaqə mübadiləsi aparmağa nail olmuşam. Sektor sərgiləri möhkəm və daimi işgüzar əlaqələrin qurulmasına köməklik edir. Əgər biz Azərbaycan bazarına daxil ola bilsək, gələcəkdə biz də iştirakçılar arasında öz məhsullarımızı nümayiş etdirə biləcəyik.

 


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN