Sahibkarlara maliyyə dəstəyi
20 oktyabr 2023
0000
Zəhra Bağırova, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının mütəxəssisi
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin fəaliyyətini müstəqil şəkildə əlaqələndirən, onların hüquqi və iqtisadi mənafelərini müdafiə edən ictimai birlikdir. Biz respublikada keçirilən sərgilərin demək olar ki, hamısında iştirak edirik. Bəzən isə, biz özümüz təşkilatçı kimi çıxış edirik.
Konfederasiya sahibkarlara maliyyə dəstəyi göstərdiyi üçün bizim əsas məqsədimiz onlara göstərilən xidmətlərin dəyəri barədə məlumat verməkdir. Məhz sərgilərdə Konfederasiyaya potensial üzv ola biləcək çox sayda insanı əhatə etmək mümkündür. Biz əlaqə nömrəsi veririk və şəxs bizimlə əməkdaşlıq etmək qərarına gələrsə, ərizə ilə müraciət edir.
Maraqlıdır ki, stendimizə sahibkarlıqla heç bir əlaqəsi olmayan tələbələr və ziyarətçilər də yaxınlaşır. Buna baxmayaraq, biz onlara öz fəaliyyətimiz haqqında məlumat veririk. Ola bilər ki, onlar bir müddət sonra üzvülük əldə etsinlər.
Üç sərgi günü ərzində ən azı on sahibkarın bizə qoşulacağına ümid edirik.