Qarabağ sakinlərini təmiz içməli su ilə təmin etmək

Qarabağ sakinlərini təmiz içməli su ilə təmin etmək

19 oktyabr 2023 0000

Orxan Mikayıl, "AQUALINK" MMC-nin direktoru

On dörd ildən çoxdur ki, Azərbaycan, Gürcüstan və Rusiya bazarlarında mövcud olan "AQUALINK" suyun təmizlənməsi, daşınması, avtomatlaşdırılması və idarə olunması ilə məşğuldur.

"AQUALINK" üçüncü dəfədir ki, "Aquatherm Baku" sərgisində iştirak edir. Bu gün biz Azərbaycanın Qarabağ iqtisadi rayonunu hədəfə alırıq. Məqsədimiz bu bölgənin sakinlərinin təmiz içməli su ilə təmin edilməsində texnoloji həllər, eləcə də təmizləyici qurğuların quraşdırılması, çayların və yeraltı suların idarə olunması yolu ilə ekologiyanın qorunmasıdır.

Qarabağda həyata keçirmək istədiyimiz ən böyük layihə çirkab suların təkrar emalı ilə bağlıdır. Birincisi, ətraf mühiti qorumaq, ikincisi isə, regiondakı əhalinin suya çıxışını təmin etmək üçün hər cür şərait yaradılmalıdır.

“Aquatherm Baku” sərgisinin üç günü ərzində #missionvater, #geleceküçünsu heşteqində əks olunan şüarla çıxış edərək, ziyarətçiləri su ehtiyatlarından diqqətlə istifadə etməyə imkan verəcək müasir texnologiyalarla ətraflı tanış edəcəyik.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN