Müxtəlif avadanlıqların texniki imkanları ilə maraqlanıram

Müxtəlif avadanlıqların texniki imkanları ilə maraqlanıram

20 oktyabr 2023 0000

Qriqori Cotari, tikinti şirkətinin layihə direktoru

Hər il "AquaTherm Baku" sərgisinə gəlirəm. Sərgi ən yüksək səviyyədə təşkil olunub. Buraya gəlməkdə əsas məqsədim yerli və xarici şirkətlərlə, onların məhsul və xidmətləri ilə tanış olmaqdır. İnkişaf etmək və tərəqqi ilə ayaqlaşmaq üçün öz sahəmdəki yeniliklərdən xəbərdar olmaq istəyirəm. Buna görə də layihələndirmə sahəsində tətbiq etmək üçün müxtəlif avadanlıq və materialların texniki imkanları ilə daha çox maraqlanıram. Xüsusilə, bu gün bir sıra istehsalçıların kondisioner və havalandırma avadanlığı ilə maraqlandım.

Sərgilərdə iştirak etməyi işimdə vacib komponent hesab edirəm. Bu cür tədbirlər mövcud tendensiyaları öyrənməyə, avadanlıq istehsalçıları ilə tanış olmağa və müəyyən məhsulun spesifikasiyası ilə bağlı uğurla məsləhətləşmə aparmağa kömək edir.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN