Mis borular və fitinqlər istehsalı bazarının genişlənməsi
15 oktyabr 2026
Əkbər Babacanov, Satış şöbəsinin müdiri, MaxCooper (Uzeltexsanoat)
Şirkətimiz Mərkəzi Asiyanın əlvan metallar bazarında 10 ildən artıqdır ki, fəaliyyət göstərən holdinqə daxildir. MaxCooper şirkətinin əsas fəaliyyət istiqaməti Özbəkistanın Anqren vilayətində çıxarılan təmiz misdən mis borular və fitinqlərin istehsalıdır. Baş ofis Qazaxıstanın Almatı şəhərində yerləşir və beş bölməyə malikdir: qaz turbinləri və kompressorlar bölməsi, generatorlar, boru kəmərlərinin təftişi və tədqiqatı bölməsi, informasiya texnologiyaları və avtomatlaşdırma bölməsi, eləcə də kompleks maddi-texniki təminat bölməsi. Şirkətin istehsal gücü ildə 25 min ton mis boru təşkil edir. Həmçinin təxminən 30 ton mis fitinqin istehsalı planlaşdırılır.
Biz müxtəlif ölkələrdən olan layihə iştirakçılarını bir araya gətirərək, hər bir mərhələdə şəffaf kommunikasiya, dəqiq koordinasiya və bütün tələblərə əməl olunmasını təmin edirik. Beynəlxalq təcrübə bizə riskləri azaltmağa, müddətləri optimallaşdırmağa və mürəkkəb energetika layihələrinin reallaşdırılması üçün ən yaxşı həlləri tapmağa imkan verir.
Sərgidə şirkət diametri 8 mm-dən 28 mm-ədək olan mis boruları, həmçinin fitinqləri, “pankeyk” (sarğac) şəkilli məhsulları və müxtəlif növ düz boru kəsiklərini təqdim edir. Əminik ki, ekspozisiya mütəxəssislərin və mis boru və fitinq istehsalı sahəsində çalışan həmkarlarımızın diqqətini cəlb edəcəkdir.
MaxCooper şirkəti üçün bu, sərgidə ilk iştirakdır. Şirkət nümayəndələri Azərbaycan və xarici müəssisələrlə tanış olmağı və uzunmüddətli əməkdaşlıq qurmağı planlaşdırırlar. Yuxarıda qeyd etdiyim kimi, biz dünyanın müxtəlif ölkələrindən olan şirkətləri birləşdiririk. Bakı sərgisi isə iştirakçı şirkətlərin sırasını genişləndirmək üçün bizim üçün yaxşı imkandır. Biz özümüzə qarşı olan marağı gördük. Əməkdaşlığın yeni üfüqlərinə doğru irəliləyirik!