Lukaş Maştera, "THERMONA" şirkətinin kommersiya direktoru
"THERMONA" şirkəti on ildən artıqdır ki, Azərbaycan bazarında 3,5 MVt gücündə qazanxana avadanlığı, qaz, elektrik və kaskad tipli qazanları təqdim edir. Buna baxmayaraq, "İstilik, havalandırma, kondisioner, su təchizatı, santexnika və hovuzlar" - Aquatherm Bakubeynəlxalq sərgisində ilk dəfədir ki, iştirak edirik.
Qeyd etmək istəyirəm ki, kaskad tipli qazanxana sistemi bir neçə kiçik asma qazanın birləşməsindən ibarətdir. İş zamanı qazanxana bir vəhdət kimi fəaliyyət göstərir, üstünlük isə bir qazanın minimum gücündən kaskaddakı bütün qazanların ümumi gücünə qədər işləmək qabiliyyətindən ibarətdir.
Uzun illərdir ki, "THERMONA" Azərbaycanlı tərəfdaşımız "Azklima" ilə əməkdaşlıq edir. Biz birgə biznesə başlayanda satış həcmi vahidlər səviyyəsində idi. İndi Azərbaycana hər ay bir yük maşını gəlir.
"Aquatherm Baku" sərgisində iştirak etməklə biz tərəfdaşımızı bir daha dəstəkləmək, ona daha çox inkişaf etmək imkanı vermək, həm Bakıda, həm də ölkənin rayonlarında müştərilərin sayını artırmaq istəyirik.