Həmdullah Murtuzov, "ELTI Mühəndislik" şirkətinin direktoru
"ELTI Mühəndislik" şirkəti 2006-cı ildə yaradılıb. İstilik, soyutma və su təchizatı sahəsində avadanlıqların satışı və texniki xidməti ilə məşğuluq. Şirkətimiz Türkiyənin isitmə və soyutma sistemlərinin (radiatorlar, qazanlar, kondisionerlər, su qızdırıcıları, boylerlər, quruducular) istehsalında lider olan "Demir Döküm" şirkətinin Azərbaycanda rəsmi nümayəndəsidir.
Bu gün "Demir Döküm" Azərbaycan istehlakçısına yeni məhsul – istilik nasosları təklif edir. Onlar əsasən təbii qaz təchizatı olmayan yerlərdə istifadə olunur. Bu nasoslar elektrik enerjisi ilə işləyir, evi işıq və isti su ilə təmin edir. Məsələn, Ağdam rayonunda bir neçə qurğu quraşdırmışıq. Yaxşı rəylər almışıq. Ona görə də gələcəkdə bütün Qarabağ iqtisadi rayonunu əhatə etmək istəyirik. Bundan əlavə, "Demir Döküm" istehlakçılara yalnız qaza qənaət etməyə (20%) deyil, həm də təbiəti qorumağa imkan verəcək yeni kombi modelini təqdim edir.
"Aquatherm Baku" beynəlxalq sərgisinə gəldikdə, bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd etmək istərdim. Stendimiz bir dəqiqə boş qalmır. Məsələn, qonaqlardan biri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı idi.