Səbuhi Bəkirov, fərdi sahibkar
Bakıda və ölkənin rayonlarında kondisionerlər, kombi və digər məişət avadanlıqlarının texniki xidməti, eləcə də məişət texnikası və onlar üçün hissələrin satışı ilə məşğul oluram.
"Aquatherm Baku" sərgisinə məni və həmkarlarımı havalandırma, istilik, kondisioner və su təchizatı sistemi avadanlıqlarının istehsalçıları ilə tanış olmaq istəyi gətirdi. Həmkarlarım və mənim sahəmizdəki yeniliklərdən, yeni layihələrdən xəbərdar olmağımız, həmçinin mütəxəssislərlə ünsiyyət qurmağımız, təcrübə mübadiləsi aparmağımız vacibdir. Burada çoxdan və yaxından işlədiyimiz bir çox şirkətlə, eləcə də əvvəllər rastlaşmadığımız bir sıra istehsalçılarla tanış olduq. Sevindirici haldır ki, hər ikisi bu şirkətlərin əvvəlki məhsullarından keyfiyyətcə fərqlənən bir sıra yeniliklər nümayiş etdirirlər. "Demir Döküm" şirkətini və bir neçə kondisioner istehsalçısını xüsusi qeyd etmək istərdim.
"AquaTherm" sərgisi, əvvəlki illərdə olduğu kimi, ən yaxşı təəssürat yaratdı. Sərgi çox yaxşı təşkil olunub və bazar seqmentimizin bir çox nümayəndəsini bir araya gətirib. Düşünürəm ki, belə sərginin keçirilməsi işgüzar əlaqələrin qurulmasına kömək edir və mal və xidmətlər haqqında biliklərimizin əhatə dairəsini genişləndirir.