Biz istehsalı xeyriyyə ilə birləşdiririk!

Biz istehsalı xeyriyyə ilə birləşdiririk!

22 oktyabr 2019 0000

Viktor Lavrentik, “Çvetlit” istehsal müəssisəsinin satış və marketinq bölməsinin rəhbəri

- Bəri başdan qeyd edim ki, “Çvetlit” unitar müəssisəsi Belarusun Karlar Cəmiyyətinə məxsusdur və bu il öz 60 illik yubileyini qeyd edir. Bizim əməkdaşların 56 faizi eşitmə qabiliyyəti məhdud insanlardır. Yəni, biz təzyiq altında tökmə metodu ilə yüksək keyfiyyətli məhsul istehsalı ilə yanaşı, eşitmə qabiliyyəti məhdud insanların reabilitasiyası ilə də məşğul oluruq.

Müəssisə qaz, su bağlama armaturu silsiləsinə daxil olan 360-dan çox adda məhsul istehsal edir. Bunlar qaz və su üçün bağlayıcı klapan, təzyiq nizamlayıcıları və kranlar, əks klapanlar, fittinqlər və s. məhsullardır. Ayda iki milyon ədəddən çox məhsul istehsal edilir və bu da 200 ton latun deməkdir. Məhsulların 75%-dən artıq hissəsi ixrac üçün satılır.

Şirkətin istehsalının xüsusiyyəti təzyiq altında tökmədən ibarətdir və bu isti halda möhürləmə və presləmədən fərqlənir və məhsulu daha keyfiyyətli edir. Bizim bütün məhsullarımız sertifikatlaşdırılıb və bir neçə yoxlama səviyyəsindən keçir. Şirkətin geniş diler şəbəkəsi var və onların arasında 10 ildən artıq fəaliyyət göstərən Azərbaycanın “Piramida” şirkəti yer alır.

Əsas məhsullarla yanaşı, “Aquatherm 2019” sərgisində nümayiş olunan müəssisənin yeni məhsulları arasında yanğın texniki məhsulları – çuqun klapanlar və yanğın şlanqının başlıqları yer alır.

Azərbaycanla əməkdaşlığımız ildən-ilə genişlənir, işgüzar əlaqələr daha da möhkəmlənir. Düşünürəm ki, şirkətin bu sərgidə iştirakı bu əlaqələrə xeyli təsir edir. Bu il iştirak etməkdə məqsədimiz mövcud mövqeyimizi möhkəmləndirmək və inkişaf üçün perspektiv istiqamətləri müəyyən etməkdir.


Baş sponsor

Rəsmi bank

Rəsmi mehmanxana

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN