Bakıda inşaat sektorunu təmsil edən iri sifarişçilər tapmağa ümid edirik!

Bakıda inşaat sektorunu təmsil edən iri sifarişçilər tapmağa ümid edirik!

23 oktyabr 2019 0000

Boris Avtuxov, “BNK-Group” şirkətində Satış şöbəsinin müdiri:

Şirkət “Aquatherm Baku” sərgisində ikinci dəfə iştirak edir və bu tədbir vasitəsi ilə öz məhsullarımızın diler və son müştərilərini tapmaq istəyirik. Şirkət Bakıda Avropa və Rusiya istehsalı olan çuqun kanalizasiya modellərini nümayiş etdirir. Biz Bakıda (mülki, sənaye və kommersiya təyinatlı) inşaat sektorunu təmsil edən iri sifarişçilər tapmağa ümid edirik.

Biz Bakıda xüsusən Avstriyanın “Preis & Co Gmbh” konserninin “Ferro-Preis” (“FP Preis SML”) keçidsiz çuqun kanalizasiya xətlərini nümayiş etdiririk, lakin bu məhsulun seriyalı istehsalı ilə yanaşı, fərdi sifarişlər üzrə işləmək də mümkündür. Həmçinin biz sərgidə Rusiya poladından hazırlanmış kanalizasiya xətlərini təqdim edirik. “BNK-Group” tökmə istehsal üzrə qabaqcıl texniki məhsulları ilə tanınır və “SIEMENS”, “ABB”, “Hutterer & Lechner”, “SKF”, “Pfeiffer & May” kimi tanınmış şirkətlərin etibarlı tərəfdaşıdır.

Eyni zamanda, şirkət mətbəx və vanna otaqları üçün trap, sifon, havalandırma klapanlarının, eləcə də ev üçün dam qıflarının istehsalı ilə məşğuldur. Düşünürük ki, biz Azərbaycan bazarında digər istehsalçılar ilə rəqabət apara bilərik, çünki istehsal etdiyimiz məhsulların keyfiyyətindən əminik.


Baş sponsor

Rəsmi bank

Rəsmi mehmanxana

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN