Azərbaycanın Tikinti Bazarına Beynəlxalq Marağın Sübutu 

Azərbaycanın Tikinti Bazarına Beynəlxalq Marağın Sübutu 

16 oktyabr 2024 0000

Eugeny Zinin, Global Supply and Services LLC İcraçı Direktoru 

Şirkətimiz, həm texnoloji, həm də elmi-texniki aspektləri əhatə edən kompleks həllər təqdim edir. Biz mülki və sənaye tikintisində problemləri həll edir, mühəndislik dəstəyi təmin edirik. Fuar zamanı aktiv şəkildə şirkətlərlə ünsiyyət qururuq, təcrübə və əlaqələrimizi paylaşırıq. Aktiv şəbəkələşmə prosesi gedir və ümid edirik ki, bu, yaxın perspektivdə məhsuldar nəticələr verəcək.

Burada bazarın müxtəlif seqmentləri təqdim olunur. Şəxsən mən su təmizlənməsi, elektrik mühəndisliyi sahəsi və izolyasiya materialları ilə bağlı məsələlərlə məşğulam, ona görə də bu sahələrdə ixtisaslaşan şirkətlərə xüsusi diqqət ayırıram. İnovativ həlləri tətbiq etməyə və xidmətlərimizin keyfiyyətini artırmağa kömək edəcək tərəfdaşlar axtarırıq.

Qeyd etmək istəyirəm ki, keçən illə müqayisədə “Aquatherm Baku”nun ziyarətçilərinin sayı artmış, sərgi sahələri genişlənmiş və təqdimatların sayı çoxalmışdır. Bu, tikinti bazarına olan marağın artdığını və beynəlxalq diqqəti göstərir. Artıq gələn il üçün çoxsaylı elanlar var, bu da tədbirə olan  marağın çox olduğunu və gözləntilərin yüksək səviyyədə olduğunu bildirir. Gələcəkdə bu sərgidə stend qurmağı planlayırıq və məhsullarımızı təqdim edərək, nailiyyətlərimizi və imkanlarımızı nümayiş etdirmək istəyirik.

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN