Artel Electronics Azərbaycan Bazarını Uğurla İdarə Edir
16 oktyabr 2024
0000
İbrahim Nəbiyev, Artel Electronics-in Regional Meneceri
Artel Electronics, tozsoranlardan soyuduculara qədər ev texnikasının istehsalı ilə məşğuldur. Yüksək texnologiyalı avadanlıqların istifadəsi sayəsində istehsal prosesləri tamamilə avtomatlaşdırılmışdır və əməliyyatların keyfiyyəti hər mərhələdə elektron nəzarət sistemləri ilə yoxlanılır.
Fəxrlə bildirirəm ki, şirkətimizin 15 fabriki Özbəkistan, Tacikistan, Qırğızıstan və Qazaxıstanda fəaliyyət göstərir. Növbəti müəssisənin açılışı Azərbaycanda planlaşdırılır. Müzakirələr yekunlaşma mərhələsindədir.
Artel Electronics Azərbaycan bazarı ilə yaxşı tanışdır. Ölkədə 2016-cı ildən fəaliyyət göstəririk. Səkkiz il ərzində müştəri bazamız artmış, ondan çox distribyutor yaranmışdır.
Aquatherm Baku sərgisində yeni model kondisionerlər və soyuducular təqdim etdik. Ümid edirəm, müştərilərimiz onlardan razı qalacaqlar.
Şirkətimiz həmçinin su qızdırıcıları istehsal edir. Bu kateqoriyadan olan ev texnikası üçün həm müştəri bazası, həm də distribyutorlar lazımdır. İstəyirik ki, bu məhsul da yerli bazara daxil olsun.
Artel Electronics, ev texnikasının təqdim oluna biləcəyi beynəlxalq sərgilərin heç birini qaçırmır. Belə tədbirlərin daha tez-tez keçirilməsi arzuolunandır. Aquatherm Baku sərgisinin təşkilatından məmnunam. Ümid edirəm ki, bu sərgidə iştirakımız davamlı olacaq.