"Aquatherm Baku" sərgisini ziyarət etməyin əsas səbəbi

"Aquatherm Baku" sərgisini ziyarət etməyin əsas səbəbi

21 oktyabr 2023 0000

Elnur Namazov, "SUMICS" şirkətinin icraçı direktoru

- Türkiyənin aparıcı və ixtisaslaşmış mühəndislik şirkəti olan "Vensaart"ın yeganə rəsmi distribütoru olan "SUMICS" şirkəti tikinti layihələrinin planlaşdırılması, soyutma və istilik sistemlərinin quraşdırılması, nəzarət və təhlükəsizlik sistemləri, tikinti və təmir işləri, havalandırma və avadanlıqlar daxil olmaqla geniş çeşiddə xidmətlər təklif edir. Sərgiyə bizi xüsusi istək gətirdi – mümkün qədər çox potensial müştəri tapmaq və xarici istehsalçılarla uzunmüddətli müqavilələr bağlamaq.

"Aquatherm Baku" sərgisi haqqında danışarkən qeyd etmək istəyirəm ki, mənim diqqətimi dörd şirkət cəlb edib və onların məhsullarını Azərbaycan bazarına çıxaracağımızı düşünürəm. Onlardan biri Azərbaycanda havalandırma avadanlığının istehsalına başlayan türk brendidir.

Beynəlxalq sərgilərin daimi iştirakçısı olduğum üçün əminliklə deyə bilərəm ki, sərgiləri ziyarət etdiyim üçün heç vaxt peşman olmamışam. Və yeni şirkətlərin iştirakı Azərbaycanın tikinti sahəsi üçün yeni imkanlar açır.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN