Aquatherm Baku sərgisində Bosсh brendinin kombilərini təqdim edirik
17 oktyabr 2024
0000
Sap Vəlizadə, Satış və Marketinq Mütəxəssisi
A-KOND 1
A-Kond 1 mühəndislik şirkəti 2006-cı ildən etibarən binalarda və platformalarda mərkəzi isitmə, soyutma və split kondisionerləri sistemlərinin quraşdırılması ilə məşğuldur, həmçinin Azərbaycanda dizayn xidmətləri təqdim edir. Biz Bosch (kombilər), Hisense (kondisionerlər) və ProVent (ventilyasiya sistemləri) brendlərinin rəsmi distribyutorlarıyıq. SOCAR HAOR, HILTON, SARABSKI, Fizulidəki məktəb, Şuşadakı xəstəxana və Kəlbəcərdəki “İstisu” kimi bir çox dövlət və özəl layihələrin həyata keçirilməsində iştirak edirik.
Aquatherm Baku sərgisində Bosh brendinin kombilərini (24, 28, 35 kVt) təqdim edirik. A-Kond məhsul xətti digər məhsullardan fərqlənir, çünki birincisi, biz beş illik zəmanət veririk; ikincisi, kombilər iki istilik mübadiləsinə malikdir; üçüncüsü, daxili komponentlər alüminiumdan hazırlanıb, bu da onların dayanıqlığını göstərir. Həmçinin, bu qurğu zəif qaz təzyiqi ilə də effektiv işləyir.
Belə ixtisaslaşmış sərgilər, əlbəttə ki, çox vacibdir. Onlar yerli bazara ən yaxşı brendləri təqdim etməyə kömək edir və bizim əlaqə qurmaq istədiyimiz şirkətləri bir platformada bir araya gətirir. Aquatherm Baku sərgisində bizim vasitəçiləri görmək sevindiricidir. Ancaq məlum oldu ki, onlar təqdim olunan yeni Bosch brendi haqqında məlumatlı deyildilər. İndi onların kombilər haqqında daha ətraflı məlumat əldə etmək imkanları var.
Burada, həmçinin Azərbaycana gətirmək istədiyimiz maraqlı şirkətlərin məhsulları da təqdim olunub. Aquatherm Baku sərgisi iştirakçılara müxtəlif məhsullar haqqında yeni biliklər qazanmağa kömək etdiyi üçün də əhəmiyyətlidir. Bu, məhsulun bazarda tanınmasına və sürətli satışına səbəb olacaq.