"Aquatherm Baku" sərgisi satışların əhatə dairəsini uğurla genişləndirməyə imkan verəcək!

"Aquatherm Baku" sərgisi satışların əhatə dairəsini uğurla genişləndirməyə imkan verəcək!

20 oktyabr 2023 0000

Rauf Kərimov, "AZERTEXNOLAYN" MMC-nin marketinq şöbəsinin müdiri

"AZERTEXNOLAYN" MMC şirkəti Azərbaycanın sənaye infrastrukturunun inkişafı istiqamətində peşəkar dəstək göstərir. Regionun su təchizatı layihələrinin həyata keçirilməsində aparıcı şirkətlərdən biri olaraq polad borular, polietilen məhsullar, çuqun məmulatları, həmçinin qaynaqlanmış torların istehsalı ilə məşğuluq.

"AZERTEXNOLAYN" MMC-nin yüksək sıxlıqlı polietilen su boruları yüksək keyfiyyətli xammaldan hazırlanır. Büzməli kanalizasiya borularının istehsalçısı olaraq, çirkab suların idarə edilməsi üzrə əsas layihələrinin etibarlı tərəfdaşıyıq. Həmçinin, kənd təsərrüfatı üçün texniki təminatı təklif edirik. Şəhər nəqliyyat infrastrukturu üçün şirkət çirkab sular, elektrik xətləri və kommunikasiyalar üçün lyuk qapaqları, yağış barmaqlıqları, novçalar, parkinq əleyhinə dayaqlar, park skamyaları, küçə zibil qutularını istehsal edir. Qeyd etmək vacibdir ki, məhsullarımız Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgələrində uğurla istifadə olunur.

"AZERTEXNOLAYN" MMC-nin məhsulları Avropa və Mərkəzi Asiyanın bir çox ölkələrində satılır və "İstilik, havalandırma, kondisioner, su təchizatı, santexnika və hovuzlar" - Aquatherm Baku sərgisi bizə satışların əhatə dairəsini genişləndirməyə, qonşu ölkələrdən real müştərilər, tərəfdaşlar və distribütorlar tapmağa imkan verəcək, həmçinin şirkətin imicini dəstəkləməyə kömək edəcək.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN