Amerikanın enerji nəhəngi Azərbaycanda yeni tərəfdaşlar axtarır
16 oktyabr 2025
0000
Onur Altun, Satış Müdiri, Honeywell Home
Honeywell Home şirkətinin satış müdürüyəm və mənim məsuliyyət sahəmə Şərq regionları da daxildir. Bu səbəbdən Azərbaycandakı şirkətlərlə tanış olmaq və əməkdaşlıq imkanlarını müzakirə etmək üçün bu sərgiyə qatıldım.
Sərgi ərazisinə daxil olanda ilk olaraq BakuBuild pavilyonları diqqətimi çəkdi və orada xeyli vaxt keçirdim. Təxminən 2–3 saatdır sərgidəyəm. Daha sonra Aquatherm bölməsinə keçdim, əslində bu sərgiyə gəlməkdə əsas məqsədim məhz bu idi, çünki HVAC avadanlıqları, siyirtmələr, su pompaları və digər mühəndislik sistemləri üzrə stendlərlə maraqlanıram.
Buradakı əsas məqsədim daha çox yerli şirkətlərlə tanış olmaq, əlaqə qurmaq və əməkdaşlıq imkanlarını dəyərləndirməkdir. Honeywell Amerikanın ən böyük enerji şirkətlərindən biridir və mən onun Türkiyə ofisində çalışıram.
Fikrimcə, sərgilər artıq sadəcə satış deyil, şirkətlərin imicini və bazardakı mövcudluğunu göstərən vacib platformalara çevrilib. Bəli, indi bir çox əlaqələr virtual mühitdə də qurulur, amma canlı ünsiyyətin yaratdığı səmimilik və inam hissi hər zaman fərqlidir.
Mən çalışıram ki, hər il ən azı bir sərgiyə qatılım. Aquatherm sərgisinə isə ilk dəfə gəlmişəm. Burada tanınmış və eyni zamanda yeni şirkətlərin nümayəndələri ilə işgüzar görüşlər keçirdim. Təəssüratlarım çox müsbətdir və düşünürəm ki, bundan sonra hər il Aquatherm sərgisinə qatılmaq ənənəm olacaq.