İtalyan brendi ilə tanışlıq

İtalyan brendi ilə tanışlıq

21 oktyabr 2022 0000

Emanuel Maianti, satış meneceri, TDM BRASS SRL (İtaliya)

Biz mis fitinqlərin, metal-plastik borular, kollektorlar, radiator klapanları üçün yivli fitinqlərin və santexnika sistemləri üçün digər ləvazimatların istehsalı və satışı üzrə İtaliyanın ixtisaslaşmış “TDM BRASS SRL” şirkətini təmsil edirik.

Hazırda şirkətimiz bazarda etibarlı və rəqabətədavamlı tərəfdaş kimi özünü təsdiqləyib və milli və beynəlxalq səviyyədə bir çox santexnika məhsullarının distribütorları ilə əməkdaşlıq edir.

Məhsullarımız yüksək keyfiyyətə malikdir və çox müxtəlif ehtiyacları ödəyə bilir. Bütün məhsullara ciddi şəkildə nəzarətə edilir, onların hər biri etibarlılıq, təhlükəsizlik və yüksək istifadə səmərəliliyi baxımdan sınaqdan keçirilir. Şirkətimiz hələ Qafqazda fəaliyyət göstərmir, ona görə də biz potensial müştərilər və yeni tərəfdaşlar və distribütorlar tapmaq məqsədilə “AquaTherm” sərgisində iştirak etmək qərarına gəldik.

Biz burada çoxlu ziyarətçilərin olmasını çox bəyəndik. Bizim brendimizlə maraqlanan, birbaşa çatdırılma imkanlarını təhlil edən montajçılar, təcrübəli mütəxəssislər və sahibkarlar var. Bu, məhsulun "tanınması" və pərakəndə satış yolu ilə sonrakı satışı üçün vacibdir.


TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN