Fəaliyyətimizin müsbət cəhətləri

Fəaliyyətimizin müsbət cəhətləri

20 oktyabr 2022 0000

Namiq Rəhmətov, “Sabkond-HVAC” şirkətinin direktoru

“Sabkond-HVAC” şirkəti 1997-ci ildə yaradılıb və ölkəyə soyuducu avadanlıqların idxalı ilə məşğul olur. Biz Çinin GREE ticarət nişanlı soyuducu avadanlıqlarının rəsmi təmsilçisiyik və GREE markasını təmsil etmək hüququnu 2007-ci ildə əldə etmişik. Bu şirkətimizin “Sabkond-HVAC” stendini təqdim etməklə iştirak etdiyi artıq beşinci “Aquatherm Baku” sərgisidir.

Sərgi çox yaxşı təşkil olunub. Bu il tədbirin miqyası genişlənib, iştirakçı şirkətlərin sayı artıb.

Mərkəzi kondisioner sistemləri ilə əlaqəli olan ixtisaslaşma sahəmiz Qarabağın dirçəlişi üzrə işlərə öz töhfəmizi verməyə imkan yaradır. Əlbəttə ki, şirkətimiz əvvəlki layihələrdə də iştirak edib. Bu gün biz burada çoxlu potensial müştəriləri gözləyirik. Yeri gəlmişkən, onların sayı da ildən-ilə artır. Maraqlı görüşlər və işgüzar dialoqlar baxımından bu sərgi artıq bizə kömək edib. Həmişə olduğu kimi, tədbirin sonunda müsbət nəticələr gözləyirik.

Azərbaycanda böyük quruculuq işləri gedir və bu, bizim fəaliyyətimizə müsbət təsir göstərir. Tikinti işləri davam etdikcə və onların əhatə dairəsi genişləndikcə məhsullarımıza tələbat da artacaq.


TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN