XƏZƏR İNŞAAT HƏFTƏSİ 2017: öz biznesin memarı ol

XƏZƏR İNŞAAT HƏFTƏSİ 2017: öz biznesin memarı ol

17 oktyabr 2017 0000

Bu il 18 oktyabr tarixində “Xəzər İnşaat Həftəsi” Bakı Ekspo Mərkəzində öz işinə başlayır. Regionda iştirakçıların sayına görə qeyri-neft sektorunun ən böyük sərgi tədbir - “Xəzər İnşaat Həftəsi” çərçivəsində təşkil olunan üç sərgi - Azərbaycan Beynəlxalq İnşaat “WorldBuild Baku”, 10-cu Yubiley Beynəlxalq İstilİk, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf Mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji Aquatherm Baku 2017 və 10-cu Yubiley Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri SECURIKA CASPIAN  2017 Sərgiləri, Bakı Ekspo Mərkəzinin iki salonunu əhatə edir.

Bu il “Xəzər İnşaat Həftəsi”ndə dünyanın 28 ölkəsindən 310 şirkət iştirak edir.

“WorldBuild Baku” sərgisi tikinti və memarlıq, layihələndirmə və təmir sahəsində bütün regionun ən mühüm peşəkar tədbiri hesab olunur. Hər il müxtəlif dünya ölkələrini təmsil edən minlərlə mütəxəssis bu sərgini ziyarət edir və burada biznes tərəfdaşları ilə əlaqə yaradır.

Azərbaycan Beynəlxalq İnşaat “WorldBuild Baku” sərgisinin iştirakçılarının 30%-ni yeni şirkətlər təşkil edir. Sevindirici haldır ki, sərgi iştirakçılarının 40%-i də Azərbaycanın şirkətlərindən ibarətdir və bura inşaat sahəsində fəaliyyət göstərən istehsalçı, distribyutor və şirkətlər daxildir. “Made in Azerbaijan” brendi altında istehsal olunam yerli məhsullar xarici eksponentlər üçün ciddi rəqabət təşkil edir. Bu il sərginin daimi iştirakçıların arasında “Akkord”, “Altis group”, Baku Steel Company, “Faxraddin-K”, “Gilan Holing”, “Kartash”, “Komiforest”, “Nabucco”, “NB Group”, “Safe Life”,  “Nimex”, “ Sobsan boya”, “Technogym”, “Yukseklik”, “Vebrostone” və digər şirkətlər var. “WorldBuild Baku” 2017 sərgisinin sponsoru qismində Corella markası (NB Group şirkəti), informasiya tərəfdaşı qismində isə “Dom i İnteryer” (Ev və İnteryer) çıxış edir.

“WorldBuild Baku” sərgisinin xüsusiyyətlərindən biri də kollektiv milli stendlərin fəal iştirakıdır. Ənənəvi olaraq, Almaniya, BƏƏ, İran öz milli pavilyonlarını təqdim edir. Bu ilin debütantı isə milli stendi ilə çıxış edən Polşadır. Türkiyə, Çin, Rusiya və Çexiya istehsalçıları tədbirdə geniş tərkibdə iştirak edir.

Sərgi bu il inşaat materialları, keramika, üzlük daşlar, mərmər, qapı-pəncərə, interyer məhsullarının geniş çeşidini əhatə edir. Lak-boya sektoru isə həm yerli, həm də xarici şirkətlər tərəfindən geniş şəkildə təqdim ediləcək. Sərgidə otaq və giriş qapılarının, eləcə də bağ evləri və ofislər üçün metal və avtomatik açılıb-bağlanan qapıların geniş çeşidi ilə tanış olmaq mümkündür. Ənənəvi olaraq, sərgidə dam materialları və taxta emalı məmulatları geniş təqdim edilir.

18-21 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 10-cu Yubiley Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su Təchizatı, Sanitariya, Ətraf mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji “Aquatherm Baku 2017” sərgisi keçirilir. Keçirildiyi illər ərzində sərgi özünü istilik, havalandırma və havanın kondisiyalaşdırması (“HVAC”) üzrə peşəkarların görüşü, yeni tərəfdaş axtarışı və sərfəli müqavilələrin bağlanması, eləcə də həm Xəzər, həm də Qafqaz regionlarının bazarlarında biznesin inkişaf etdirilməsi üçün mükəmməl platforma kimi doğruldub.

Sərgi bu il dünyanın 13 ölkəsini, o cümlədən Azərbaycandan, Çindən, Fransadan, İrandan, İtaliyadan, Küveytdən, Türkiyədən və digər ölkələrdən şirkətləri bir araya gətirəcək təmsil edən 66 şirkəti bir araya toplayıb. Sərgi iştirakçıları arasında Euroclima, Yusiko, BestTechniK, Azertexnolayn, Alarko Carrier Sanayi ve Ticaret, Aldaq, Egeplast Ege Plastik, Polimart, Termo ISI, Turan Makinе, Ultratek, Sumqayıt Texnologiyalar Parkı (STP), Kaskad – Hidro, Yetsan Pazarlama Isi Sistemleri, UPONOR kimi şirkətlər yer alır. Builki sərginin debütantları arasında isə “Sabkond” (Azərbaycan), “Termoklimat” (Azərbaycan), “Frisquet” (Fransa), “Daboo Sanat” (İran), “Rubinetteria Paffoni” (İtalia), “Coolex” (Küveyt), UPONOR (Finlandiya)  və s. yeni şirkətlər var.

“Aquatherm Baku 2017” sərgisində ventilyasiya və kanalizasiya sistemləri, hidrantlar,  boru armaturları, istilik sistemləri, borular, fitinqlər, radiatorlar, suqızdırıcı qazanlar, nasoslar, nasos stansiyaları, su qızdırıcıları və bir çox digər məhsul təqdim olunacaq. Sərgidə müxtəlif istehsalçıların həm məişət, həm də sənaye təyinatlı kondisionerləri nümayiş etdiriləcək. Builki sərginin yenilikləri arasında isə qapalı sahələrdə mikroiqlimin (məsafədən) idarə edilməsi üzrə İT texnologiyalarını qeyd etmək olar. Sərgidə iştirak edən brendlər arasında “Arcelik”, “Alarko”, “AUX”, “Ecostar”, “Gree” “Immergas”, “Mitsubishi”, “Sime” və UPONOR kimi özünü doğrultmuş ticarət markaları var. 

“Aquatherm Baku 2017” sərgisini zəngin işgüzar proqram da müşayiət edir, belə ki, bu il təşkilatçılar sərgi çərçivəsində ilk dəfə olaraq iştirakçılar və yerli distribütorlar arasında “B2B” formatlı görüşlərin təşkilini planlaşdırırlar. Bu görüşlərdə şəhərdə sosial binaların tikintisinə cəlb olunmuş şirkətlər də iştirak edəcək.

18-21 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda təhlükəsizlik üzrə yeganə tədbir sayılan 10- cu Yubiley Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri “Securika Caspian 2017” sərgisi keçirilir. Bu işgüzar fəaliyyət meydançasında tədbir iştirakçıları biznesin gələcək inkişafı naminə sahə mütəxəssisləri ilə qarşılıqlı faydalı əlaqələr qurmaq üçün unikal imkan əldə edirlər. Sərgi həm də bu sahənin inkişafı və mühüm strateji razılaşmaların əldə olunması üçün lazımı şərait yaradır. Bu il “Securika Caspian 2017” sərgisinin iştirakçıları, o cümlədən Azərbaycan, Rusiya, Qazaxıstan və digər ölkələrin nümayəndələri təhlükəsizliyin təmin olunması üzrə texniki vasitələr, qapalı mühafizə televiziyası və müşahidə kameraları, qəza-xilasetmə texnikası, smart kartlar, girişə nəzarət sistemi, yanğın və mühafizə siqnalizasiyaları, texniki yanğın kameraları, yanğın əleyhinə xüsusi təyinatlı avadanlıqlar və bir sıra digər məhsullar təqdim olunacaq. 

“Xəzər inşaat həftəsi”nin yenilikləri

“WorldBuild Baku” sərgisi həmişə öz ziyarətçilərini yeni məhsullar ilə tanış edir və bu məhsullar daha sonra tədbirin veb-saytındakı yeni məhsulların xüsusi elektron kataloquna daxil edilir. Bu il təqdim edilən yeni məhsullar arasında yüksək işıq axını olan, enerjiyə qənaət edən fitinqlər (“Lena Lighting”); “FAB Boya” şirkətindən yeni alçı növləri; istilik nazimçarxı (“ELBİ”); tikintidə tətbiq üçün nəzərdə tutulmuş ballistik sipərlər (“Amii”); avtomatik yanğınsöndürmə çiləyiciləri (“WEFLO VALVE CO”); “TEKO” ASC şirkətindən “Ağıllı Ev” sistemi; kondensatorlu qazanlar (“ECOSTAR BURNERS”); içməli suyun molekulyar filtrasiyası üçün kompakt sistemlər (“Bluefilters Graphite New Line”) və bir sıra digər məhsullar yer alır. Xüsusilə, milli qruplar öz stendlərində bir sıra maraqlı və innovativ material və məhsullar təqdim edir. Yeni məhsul və xidmətlər təklif edən şirkətlərin stendləri xüsusi “new product/new service” (“yeni məhsul/yeni xidmət”) nişanı ilə işarələnib.

İŞGÜZAR PROQRAM

Builki sərginin fərqləndirici cəhəti Təşkilatçılar tərəfindən planlaşdırılmış fəal işgüzar proqram olacaq. Belə ki, 19 oktyabr tarixində sərginin xarici iştirakçıları ilə yerli distribyutorlər arasında “B2B” formatlı görüşlərin keçirilməsi planlaşdırılır. “B2B” formatlı görüşlər Bakı Ekspo Mərkəzində keçiriləcək və inşaat bazarının iştirakçıları arasında birbaşa görüş və danışıqların aparılması üçün əlavə səmərəli işgüzar platformaya çevriləcəkdir.

20 oktyabr tarixində sərgidə Bakı Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi kimi maraqlı dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə xüsusi “VIP” tur keçiriləcək.

Sərgiyə dəstək verən və bu tədbirdə öz stendi ilə iştirak edən Azərbaycan Memarlar İttifaqı ilə birlikdə sərginin bütün iş günləri ərzində gənc layihəçilərin iştirakı ilə seminar keçiriləcək. Seminar iştirakçıları sərgidə təqdim olunan tikinti materiallarından istifadə etməklə, 2 gün ərzində yeni layihə yaratmalıdırlar. Daha sonra Azərbaycan Memarlar İttifaqı ən yaxşı işləri seçəcək və qaliblər elə sərgidəcə mükafatlandırılacaqlar.

Bu il ilk dəfə olaraq “WorldBuild Baku” sərgisinin eksponentləri üçün Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiya təşkil ediləcək. Təşkilatçılar əmindirlər ki, ən yaxşı rəngkarlıq və heykəltəraşlıq əsərlərini bir araya gətirildiyi muzeydə gəzinti unudulmaz təəssüratlar yaradacaq.

DƏSTƏK

“WorldBuild Baku” sərgisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Memarlar İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK)  tərəfindən dəstəklənir.

Foyedə “Iteca Caspian” şirkətinin daimi tərəfdaşı  - “Aqıl və Bilgi” şirkətinin iştirakı ilə uşaq zonası təşkil olunacaq. Böyüklərin sərgidə rahat vaxt keçirməsi üçün “Ağıl və Bilgi” şirkətinin nümayəndələri uşaqları maarifləndirici oyunlar və faydalı məşğuliyyətlərlə əyləndirəcəklər. Sərgi bu il ilk dəfə olaraq təhsil, mədəniyyət və maarifçilik xarakteri daşıyan “Active Mom’s Club” ictimai təşkilatı ilə əməkdaşlıq edir. Cəmiyyətin əsas məqsədi müxtəlif yaş və peşə qrupuna aid olan anaları bir araya gətirmək, onlara ailə ilə əlaqədar mühüm məsələlərin həllində kömək etmək, uşaqlar ilə birlikdə maraqlı və ən əsası da faydalı asudə vaxtı təşkil etməkdir. “Active Mom’s Club” analar cəmiyyəti tərəfindən çıxış edən 10 usta öz unikal əl işlərini “Xəzər İnşaat Həftəsi”nin ziyarətçi və iştirakçılarına nümayiş edəcəklər.

TƏŞKİLATÇILAR

Sərgilərin təşkilatçıları qismində “Iteca Caspian” MMC və onun tərəfdaşı Böyük Britaniyanın “ITE Group Plc” şirkəti çıxış edir. Sərginin uğuru “ITE Group Plc” şirkətinin beynəlxalq şirkətləri Azərbaycan sərgisində iştiraka fəal surətdə cəlb edən tərəfdaşlar şəbəkəsinin kollektiv fəaliyyəti nəticəsində təmin olunur. Onların arasında “ITE London”, “EUF” (Türkiyə), “GIMA” (Almaniya), “CEM” (BƏƏ), “Invernizzi Group” (İtaliya), “ITE China” (Çin) və “ITE Poland” (Polşa) şirkətləri var. 2017-ci ildə “Iteca Caspian” şirkətinin tərəfdaşları arasında rəsmi səyahət agentliyi “Premier Tour” şirkətləri, o cümlədən “Hyatt Regency” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), eləcə də “AzExpoMontage” (rəsmi montajçı)  yer alır.

Sərginin “Daily News” adlı rəsmi qəzeti tədbir ilə eyni vaxtda dərc olunacaq və burada sərgi iştirakçıları barədə məlumatlar, eləcə də sərgi çərçivəsində baş verən hadisələr əks etdiriləcəkdir. “Xəzər İnşaat Həftəsi”nin ən son xəbərləri sərgilərin veb-saytlarında və sosial şəbəkələrdəki rəsmi səhifələrdə operativ surətdə yerləşdiriləcək.

Beləliklə, sərgilərin dörd günlük fəaliyyəti ərzində on minlərlə mütəxəssis inşaat sahəsinin innovativ texnologiyaları ilə tanış olaraq müqavilələr imzalaya və bu sahənin aparıcı istehsalçıları və distribyutorları ilə tərəfdaşlıq əlaqələri qura və bununla da, ən yeni texnologiyaları ölkənin sürətlə inkişaf edən inşaat sahəsində tətbiq edə biləcəklər. “Xəzər İnşaat Həftəsi” 21 oktyabr tarixində öz işini başa vuracaq.

#WorldBuildBaku #AquathermBaku #SecurikaCaspian


TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN