Xəbərlər

Aquatherm Baku - Yeni və alternativ məhsulların təqdimatı

Yeni və alternativ məhsulların təqdimatı

21.10.2022

Xəbərlər

İhsan Yıldırım, “ANKA construction” şirkətinin həmtəsisçisi

ANKA construction şirkəti beş ilə yaxındır Azərbaycanda tikinti və layihələndirmə işləri ilə məşğuldur. Mən əvvəllər də “Aquatherm Baku” sərgisində olmuşam. O, yeni şirkətlərlə tanış olmaq, tikinti və layihələndirmə texnologiyaları sahəsindəki yenilikləri öyrənmək imkanı yaradır. Düzünü desəm, son bir neçə ildə sərgidə daha az yeni məhsul nümayiş olunur: əvvəllər Avropa şirkətləri daim öz sürpriz yenilikləri ilə burada iştirak edirdilər.

Mən tikintiyə aid olan hər şeylə maraqlanıram. Mən konkret məhsul axtarmıram. Bununla belə, su təchizatı və istilik sistemləri üçün çoxlu sayda filtrlərlə tanış olmaq maraqlı idi. Biz tikinti sektorunda fəaliyyət göstərdiyimizə görə, layihələndirmə yenilikləri ilə yanaşı, innovativ prosesləri də izləyirik. İstənilən bazarın biznes qanunları alternativ məhsulları izləmək ehtiyacının yaranmasını təmin edir. Yerli istehsalçılar bizi maraqlandıran yeni məhsulları nümayiş etdirdilər. Möhtəşəm ekspozisiya ilə bizi təəccübləndirən STP şirkətini ayrıca qeyd etmək istərdim.

Düşünürəm ki, “Aquatherm” kimi sərgilər ölkə üçün, bir çox insan üçün lazımdır. Sərgilər insanların yeni əlaqələr qurduğu və mövcud tendensiyaları tələsmədən təhlil etdiyi bir məkandır.