Xəbərlər

Aquatherm Baku - Sərginin əsas üstünlükləri

Sərginin əsas üstünlükləri

21.10.2022

Xəbərlər

Ercan İyigünler, İnşaat Mühəndisi, “Innova Construction” şirkəti

Bu cür zəngin məzmunlu sərgiyə görə təşkilatçılara təşəkkür edirik! “Dreamland” villalarının layihələndirilməsi ilə məşğul olan "Innova Construction" şirkətimiz tikinti sektorunda fəaliyyət göstərir.

Biz rəqabətə davam gətirmək və müasir tendensiyaları anlamaq məqsədilə sərgidə tikinti sektorunun yenilikləri ilə tanış olmaq istəyirdik. Bizim yaşadığımız hazırkı dövrdə tərəqqi ilə ayaqlaşmaq vacibdir. Mən burada bütün sualları ətraflı şəkildə cavablandıran şirkət nümayəndələri ilə görüşə bildim.

Bu, bizim öz həmkarlarımızla birlikdə bu cür sərgilərə ilk ziyarətimiz deyil.

Mən bu gün burada olmağımı gözəl fürsət hesab edirəm. Ümumi bazar göstəricilərinə istinad cari tendensiyaları təhlil etməyə kömək edir. Mən təcrübəli mütəxəssislərlə söhbət etdim, şirkət nümayəndələrinin əlaqə məlumatlarını və kataloqları əldə etdim.

Biz böyüyən bir sektorda fəaliyyət göstəririk və daim yeni məlumatlara ehtiyac duyuruq. Bu, “Aquatherm” sərgisinin əsas üstünlüyüdür. Əlbəttə ki, bizim müəyyən bilik və təcrübəmiz var, lakin istənilən ixtisaslaşdırılmış sərginin möhkəm məlumat və nümayiş bazası var və siz onunla tanış olmalısınız - bu, onun böyük müsbət cəhətdir!

Sərgilər hər bir ayrıca seqmentin mal və xidmətlərinin bir araya gətirilməsi üçün vacibdir. Bu, o deməkdir ki, o, şirkət nümayəndələri ilə birlikdə biznes təkliflərini müqayisə etməyə, məhsulun xüsusiyyətlərini təhlil etməyə kömək edir. Şübhəsiz ki, yaxşı olardı ki, siz konkret olaraq öz tələbatlarınıza uyğun gələn seçim variantları ilə tanış olasınız.

Stendlərə maraq göstərilməsinin səbəbi təkcə kataloqların bolluğu və ekspozisiyaların zənginliyi ilə deyil, həm də ən yaxşı mütəxəssislər və həmkarlar ilə beynəlxalq səviyyədə ünsiyyət üçün dəyərli fürsətin təmin edilməsi ilə əlaqəlidir.