Xəbərlər

Aquatherm Baku - “Aquatherm Baku” - dünya şirkətlərinin Azərbaycan bazarına artan diqqəti

“Aquatherm Baku” - dünya şirkətlərinin Azərbaycan bazarına artan diqqəti

21.10.2022

Oktyabrın 21-də Bakı Ekspo Mərkəzində “Rebuild Karabakh” 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisini, “BakuBuild” 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisini və Aquatherm Baku. 14-cü Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisini birləşdirən Xəzər İnşaat Həftəsi başa çatıb.

“Aquatherm Baku” sərgisi su təchizatı, istilik və ventilyasiya sahəsindən onlarla xarici şirkəti bir araya gətirdi ki, həmin şirkətlər də Bakıya bu profilə aid geniş çeşidli tikinti və mənzil rahatlığına dair ekspozisiyalarını gətirdi.

Təqdim olunan sektorlar arasında ziyarətçilərin diqqətini fitinqlər və klapanlar; istilik sistemləri; borular və texnoloji boru kəməri; santexnika və santexnika avadanlıqları, su təchizatı və çirkab suların təmizlənməsi, kondisionerləşdirilmə avadanlıqları, ventilyatorlarlar və daha çox məhsullar cəlb etdi.

Sərgilərin keçirildiyi günlərdə “Aquatherm Baku”-nun stendləri minlərlə ziyarətçinin, dövlət qurumlarının nümayəndələrinin, iş adamlarının və investorların marağına səbəb olub.

Jurnalistlərlə söhbətində Rusiya, Almaniya, İtaliya, Türkiyə, Polşadan gələn sərgi iştirakçıları dünya şirkətlərinin hər il daha çox müasir avadanlıq və texnologiyaların xarici istehsalçılarını cəlb edən Azərbaycan bazarına diqqətin artmasını yetkinliklə vurğuladılar.

Bu baxımdan hər bir sərgi iştirakçısının ziyarətçilərə öz məhsullarının və nou-haunun ən yaxşı nümunələrini, qlobal bazar miqyasında rəqabətədavamlı məhsullarını təklif etməsi faydalıdır.

Təəccüblü deyil ki, eksponentlərin əksəriyyəti, xüsusilə debütantlar 2023-cü ildə sərgidə iştirak etmək, daha geniş məhsul kolleksiyaları və biznes təklifləri ilə Bakıya qayıtmaq arzularını ifadə ediblər.

Sərginin səmərəliliyi təkcə dövlət və özəl biznes qurumlarının qarşılıqlı əlaqə mexanizmində deyil, həm də birgə layihələrin həyata keçirilməsində yerli və xarici şirkətlər arasında əməkdaşlığın fəal şəkildə qurulmasındadır.

Sərgilərin təşkilatçıları “Caspian Event Organisers” və “Iteca Caspian”, eləcə də onların tərəfdaşları olan “Caspian Event Management”, “ICA Eurasia”, “GIMA” və başqalarıdır.