Xəbərlər

Aquatherm Baku - Azərbaycana məhsul təchiz etmək üçün distribyutor axtarırıq

Azərbaycana məhsul təchiz etmək üçün distribyutor axtarırıq

22.10.2021

Xəbərlər

Viliya Şilova, “Plastik” MMC-nin aparıcı marketoloqu

Bizim zavod otuz ildən artıqdır ki, polipropilen məmulatların istehsalı sahəsində ixtisaslaşıb. Su təchizatı, istilik üçün borular və fitinqlər, eləcə də yanğın söndürmə sistemləri təklif edirik. Biz su təchizatı sahəsi ilə əlaqəli olan istənilən məhsulu istehsal edirik. “AquaTherm” sərgisinə şirkətimizin bütün fəaliyyət istiqamətləri üzrə reklam materiallarını və məhsul nümunələrini gətirmişik. Məqsədimiz üç mərhələli keyfiyyətə nəzarət, xammal istehsalı, istehsal prosesi və hazır məhsullar haqqında məlumat yaymaqdır.

Bu bizim Bakıya ilk səfərimizdir. Azərbaycana məhsul tədarük etmək və uzunmüddətli ticarət əlaqələrini davam etdirmək məqsədilə distribyutorlar tapmaq istəyirik. Sərginin ilk günündə işgüzar görüşlər keçirdik, faydalı tanışlıqlar əldə etdik, ümid edirik ki, bunlar sıx əməkdaşlığa daha böyük töhfə verəcək.

Bu birləşmiş sərgini bəyənirəm. Beləliklə, ziyarətçi axını xeyli çoxdur. Təşkilatçılığı və stendləri bəyəndim. Hesab edirəm ki, məhsulu tanıtmaq baxımından sərgi yeni alıcılar tapmaq və cəlb etmək üçün ən yaxşı vasitədir. Başqa heç bir yerdə bu qədər böyük hədəf auditoriya yoxdur. Burada müqavilələr və sazişlər tez və effektli şəkildə bağlanır.