Xəbərlər

Aquatherm Baku - Gələn il “BakuBuild” sərgisində iştirak edəcəyik

Gələn il “BakuBuild” sərgisində iştirak edəcəyik

22.10.2021

Xəbərlər

Dmitri Nikonenko, Nijni Novqorod Təcrübə - Eksperimental Zavodunun satış şöbəsinin müdiri (Rusiya)

Nijni Novqorod Təcrübə - Eksperimental Zavodunun satış şöbəsinin müdiri olduğum üçün işgüzar əlaqələr qurmaq və gələn il sərgidə iştirak etmək məqsədilə Bakıya gəlmişəm.

Buradakı hər şeyi bəyəndim! “BakuBuild 2021” sərgisi çox yaxşı təşkil edilib. Ciddi şirkətlərin iştirakı və ziyarətçilərin peşəkarlığı sevindirici haldır. İxtisasıma görə burada heç bir rəqib tapmadım, ona görə də düşünürəm ki, gələn il burada stendimiz olması yerinə düşər. Məncə, sərgi işgüzar görüşlər və məhsullarının təqdimatı üçün yaxşı platforma rolunu oynayır. Bu, daim araşdırılması zəruri və vacib olan yeni ortaqlar və bazar haqqında yeni məlumatlar axtarmaq üçün yaxşı yerdir.