EN
RU
Şəxsi kabinet
13-cü Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika
və Üzgüçülük Hovuzu Sərgisi

21 - 23 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
aquatherm

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Sərgi qəzeti

Sərgidə yeniliklər
Aquatherm Baku - “Aquatherm Baku 2019”: innovasiya və ticarət təkliflərinin bolluğu
Media мərkəz » Xəbərlər

“Aquatherm Baku 2019”: innovasiya və ticarət təkliflərinin bolluğu
25.10.2019

25 oktyabr tarixində Bakı Ekspo Mərkəzində “Caspian Event Organisers” şirkəti tərəfindən təşkil edilmiş 12-ci Beynəlxalq “İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük hovuzu” (“Aquatherm Baku 2019”) sərgisi öz işini başa vurdu.

Hər il keçirilən ixtisaslaşmış “Aquatherm Baku 2019” sərgisi İtaliya, Livan, Çin, Rusiya, Türkiyə, Çexiya və digər ölkələrin də daxil olduğu 19 dünya ölkəsindən 65 şirkəti bir araya gətirməklə, 70 faiz artım nümayiş etdirdi. Sərgi iştirakçılarının təxminən üçdə birini yerli şirkətlər təşkil edirdi. Sərginin daimi iştirakçıları arasında “Azertexnolayn”, “Anadolu Kafkas Insaat San. ve Tic. A.S.”, “Polymart”, “Euroclima”, “Newcond”, “Yusi Ko”, “Turan Makina” və s. şirkətlər yer alıb.

“Aquatherm Baku 2019” sərgisinin bir çox xarici iştirakçısı qeyd edib ki, onların sərgi ilə daimi əlaqələri Azərbaycanda işgüzar tərəfdaşların olması ilə şərtlənir. Bu halda, “Aquatherm Baku” sərgisi işgüzar əlaqələrin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın perspektiv inkişafı üçün vacib platformadır.

Sərgi hidrotexniki sahənin inkişaf faktorlarını uğurla müəyyən edib. Burada nəhəng ixtisaslaşmış komplekslər üçün texnologiyalarla yanaşı, orta və kiçik təsərrüfatlarda fasiləsi iş üçün nəzərdə tutulmuş malların geniş çeşidi də təqdim edilirdi.

Aparıcı istehsalçıların istənilən növ suvarma sistemləri, istilik və havalandırma sistemləri, cakuzi, sauna və üzgüçülük hovuzları, enerjini idarəetmə sistemləri və əlbəttə ki, filtr, fittinq, boru və boru xətlərinin geniş çeşidi ziyarətçiləri cəlb edib. Müasir içməli su istehsalı, nasoslar, soyuduclar və s. məhsullar da böyük maraq doğurub.

Sərginin ən dolğun tədbirlərindən biri xarici və yerli istehsalçı və distribyutorların iştirakı ilə keçirilən ənənəvi “B2B” formatlı görüşlər olub. Təşkilatçılar planlaşdırılmış görüşlərin sayına görə əsil rekord vurub. Ümumilikdə, “B2B” formatlı görüşlərdə 150 şirkət iştirak edib və bu şirkətlərin nümayəndələri üzbəüz əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

“Aquatherm Baku 2019” sərgisi ilə paralel olaraq Bakı Ekspo Mərkəzində 25-ci Yubiley Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild 2019”, Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri “Securex Caspian” və Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn “MebelExpo 2019” sərgiləri keçirilib. Ümumilikdə, bu sərgilər dünyanın 23 ölkəsini təmsil edən 280 şirkəti bir araya gətirib.




Tərəfdaşlar