EN
RU
Şəxsi kabinet
13-cü Beynəlxalq
İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi

20 - 22 oktyabr 2021 Bakı Ekspo Mərkəzi
aquatherm

Stendin rezervasiyası

Sərgi qəzeti

Sərgidə yeniliklər

Fotoqalereya
Aquatherm Baku - Aparıcı istehsalçıların irriqasiya sistemləri
Media мərkəz » Xəbərlər

Aparıcı istehsalçıların irriqasiya sistemləri
24.10.2019

Xəbərlər

Rəhman Cəfərov, “ARIS” MMC-nin mühəndisi

“ARIS” (Azərbaycan Yağış İrriqasiya Sistemləri) şirkəti beynəlxalq “Aquatherm Baku”  sərgisində debüt edir və  maraqlanan şəxslərə aparıcı istehsalçıların istənilən növ irriqasiya sistemlərini təklif edir. Şirkət bağ və həyət, villa və digər sahələr üçün su təchizatı sistemlərinin satışı və quraşdırılmasını, eləcə də bu sistemlərin servis xidmətlərini həyata keçirir. Məhsul çeşidi böyükdür və kiçik və orta təsərrüfatlarda fasiləsiz iş, eləcə də qazon və bağların suvarılması üçün nəzərdə tutulub. Biz su xətləri üçün xüsusi plastik borularla (şlanqlarla) yanaşı, onlar üçün ləvazimatları, eləcə də irriqasiya sistemləri üçün xüsusi avtomatik kontrollerləri (“X-Core”) təklif edirik.

Alıcılara təklif edilən bütün məhsulların yüksək keyfiyyətinə zəmanət verilir. Şirkətin Azərbaycan bazarında böyük təcrübəsi var. Nümunə üçün deyim ki, “ARIS” şirkəti bir sıra ali təhsil müəssisələri üçün yaşıllıq zonalarının və parkların salınmasında birbaşa iştirak edib.

Tərəfimizdən satılan məhsullara həm sıravi vətəndaşlar, həm də kənd təsərrüfatı və landşaft dizaynı sahəsində fəaliyyət göstərən şirkətlər tərəfindən maraq göstərilir. “Aquatherm Baku” sərgisində iştirak etməkdə məqsədimiz ilk növbədə müştəri bazasını genişləndirməkdir  və biz bu məqsədi uğurla həyata keçiririk. Məhsullara olan maraq böyükdür və əminliklə demək olar ki, sərgidən sonra bizi böyük iş gözləyir.



2021 üçün yerlərini təsdiq edən şirkətlər

Tərəfdaşlar