Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия







AQUATHERM BAKU 2016

9-cu Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji Sərgisi

19-22 oktyabr tarixində Bakı Ekspo Mərkəzində 9-cu Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su Təchizatı, Sanitariya, Ətraf mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji “Aquatherm Baku 2016” sərgisi keçiriləcək. Keçirildiyi illər ərzində sərgi özünü istilik, havalandırma və havanın kondisiyalaşdırması (“HVAC”) üzrə peşəkarların görüşü, yeni tərəfdaş axtarışı və sərfəli müqavilələrin bağlanması, eləcə də həm Xəzər, həm də Qafqaz regionlarının bazarlarında biznesin inkişaf etdirilməsi üçün mükəmməl platforma kimi doğruldub. Sərgi hər il minlərlə insan tərəfindən ziyarət olunur (ötən il ziyarətçilərin sayı 11562 nəfər təşkil etmiş, iştirakçıların 14%-i isə “Aquatherm Baku 2015” sərgisində sərfəli müqavilələr imzalamışdır).

Builki sərgi Azərbaycanı, Almaniyanı, Çini, Finlandiyanı, İtaliyanı, Misiri və Rusiyanı təmsil edən şirkətləri bir araya gətirəcək. Türkiyədən olan şirkətlər isə sərgidə geniş tərkibdə iştirak edirlər. Hal-hazırda sərgi iştirakçılarının siyahısında “Aquart” (Azərbaycan), “Euroclima” (Azərbaycan), “Sauna İnşaat” (Azərbaycan-Finlandiya), “Yusiko” (Azərbaycan), “AS PIPE” (Azərbaycan), “Azboru” (Azərbaycan), “BestTechniK” (Azərbaycan), “BSS Group” (Azərbaycan), “Sablayn Servis” (Rusiya), “Azərtexnolayn” (Azərbaycan), “EGIS” (Misir), “CEWAL S.P.A.” (İtaliya), “Alarko” (Türkiyə), “Turan Makina” (Türkiyə), “Yongkang Huandi Kitchenware Co., Ltd.” (Çin), “Polymart” (Azərbaycan), “Eleks” (Türkiyə) və s. şirkətlər var.

“Aquatherm Baku 2016” sərgisində ventilyasiya və kanalizasiya sistemləri, hidrantlar,  boru armaturları, kombi / istilik sistemləri, borular, fitinqlər, radiatorlar, suqızdırıcı qazanlar, nasoslar, nasos stansiyaları, su qızdırıcıları, eləcə də polietilen (PE), polipropilenin törəmə polimeri (PPPRC) və polivinilxlorid (PVX) məmulatlar üçün qaynaq avadanlığı, qızdırıcı qazanlar və bir çox digər məhsul təqdim olunacaq. Sərgidə “Arcelik”, “Harvia”, “Immergas”, “Mitsubishi”, “E.C.A.”, “Trox”, “Unipump” və “SPK” kimi brendlər iştirak edir.

Ənənəvi olaraq, sərgidə bu sahənin yenilikləri də nümayiş etdiriləcək. İnnovativ məhsullar arasında həm yuxarı, həm də aşağı hissədən su qəbul edən və yüksək keyfiyyətli materialdan hazırlanmış “Bavlenets” sualtı vibrasiya nasosları, habelə istənilən model məişət nasoslarının idarə və mühafizəsi üçün unikal avtomatika blokları (“Sablayn Servis” şirkəti, Rusiya), istənilən dildə işarə qrafikalı displeydən rahatlıqla istifadə etməyə imkan verən yeni “Enjoy” markalı divar termostatları (“Cewal S.P.A.” şirkəti, İtaliya) və binaların mühəndislik sistemlərinin layihələndirilməsi sahəsində tətbiq olunan qabaqcıl proqram təminatlarını (“LiNear GmbH” şirkəti) qeyd etmək olar.

 

 

 

 



TƏRTİB EDİLİB
BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
VALYUTA MƏZƏNNƏSİ
  28/09/2016 29/09/2016
USD 1.6252 1.6252
EUR 1.8223 1.8250
GBP 2.1132 2.1158
RUR 0.0255 0.0258
HAVA



      Aqua-Therm Baku is Copyright © 2000-2016 Bütün hüquqlar qorunur. Hosted by VebTek